USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Onkoloji xəstələrin əmək pensiyasından faydalanması ya az mümkündür, ya da real deyil


  • Sosial
  •  13:17 26.07.2022
  •  233
https://img.baki-baku.az/news/2022/07/photo_7254.jpg

Dövlət Sosial Müdafiə Fondu onkoloji xəstələrin hansı halda pensiyaya çıxacağına aydınlıq gətirib.

APA xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun Pensiya Təminatı Departamentinin müdiri Eyvaz İsmayılov deyib ki, bu xəstəliklə bağlı əmək qabiliyyətinin itirilmə faizi səhiyyə müəssisələri tərəfindən göndəriş əsasında müəyyən olunur.

 

Eyvaz İsmayılov bildirib ki, hərbi qulluqçular istisna olmaqla, digərlərinə pensiya xəstəliyin və əlilliyin səbəbindən asılı olmayaraq, yalnız əmək qabiliyyətinin itirilmə faizlərinə uyğun staj və kapital tələbi varsa, təyin edilir: “Xəstəlik əlillik dərəcəsinə gətirib çıxararsa, o halda qanunvericilikdə nəzərdə tutulmuş şərtlərə uyğun olaraq pensiya təyin edilir. Yəni 81%-dən 100%-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələb olunur. 31%-dən 80 %-ə qədər əmək qabiliyyətinin itirilməsi müəyyən olunmuş şəxslərə pensiya təyin olunması üçün isə azı 5 il staj, bu halda şəxsin yaşı 30-dan çoxdursa, əlavə 4 ay staj tələbi və əlavə pensiya kapitalı tələb olunur”.

Qeyd edək ki, 13 may 2022-ci ildə “Onkoloji yardım haqqında” qanuna edilən dəyişikliyə əsasən, artıq əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş onkoloji xəstələrin əmək pensiyası almaq hüququ var. Bundan əvvəl əlilliyi, o cümlədən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və əmək pensiyası almaq hüququ olmayan onkoloji xəstələrin müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada yalnız sosial müavinət almaq hüququ olub.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Sosial