USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

QMİ sədri: “Azad edilmiş ərazilərdə ermənilərin ibadəti üçün imkan yaradılıb”


  • Sosial
  •  12:50 06.07.2022
  •  336
https://img.baki-baku.az/news/2022/07/photo_7225.jpg

“Azərbaycan sülhsevər ölkədir və hər zaman Ermənistan da daxil olmaqla, regiondakı digər ölkələri sülhə səsləyib”.

APA-nın Britaniya bürosu xəbər verir ki, bunu Londonda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Koventri yepiskopu, Lordlar Palatasının üzvü Kristofer Koksvört ilə görüşdə deyib.

Allahşükür Paşazadə vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə ermənilərin ibadət edə bilməsi üçün imkan yaradılıb, lakin bu imkandan revanşizm çağırışları üçün istifadə etmək yolverilməzdir.

QMİ sədri qeyd edib ki, Ermənistan islam abidələrini ya tamamilə məhv edib, ya təhqir edib, ya da mənşəyini saxtalaşdırıb. Bakının mərkəzində isə erməni kilsəsi qorunub saxlanıb.

Şeyxülislam bildirib ki, Azərbaycanda etnik və dini müxtəliflik ölkənin milli sərvəti kimi dəyərləndirilir, Qarabağ torpaqlarında bütün dini məbədlər bərpa edilir, yenidən qurulur və dövlət tərəfindən qorunur.

Allahşükür Paşazadə Azərbaycanda multikulturalizmə verilən önəmdən, milli və dini tolerantlığın hər zaman dövlət tərəfindən dəstəklənməsindən və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə görülən işlərdən də danışıb.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Sosial