USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yeddi mindən çox insanı heyvan dişləyib


  • Sosial
  •  15:44 18.05.2022
  •  274
https://img.baki-baku.az/news/2022/05/photo_7011.jpg

2022-ci ilin 3 ayında 7051 nəfər heyvan dişləmələrinə məruz qalıb.

APA xəbər verir ki, bunu Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi Təhlükəli İnfeksiyalar şöbəsinin müdiri Ceyran Cəfərova "Heyvan dişləmələri və quduzluq" mövzusunda çıxışında deyib.

O bildirib ki, ötən ilin müvafiq dövründə bu rəqəm 7361 olub: “Bu o deməkdir ki, 4 faiz azalma qeydə alınıb. Ən çox itlərin dişləməsi ilə bağlı müraciət daxil olub. Belə ki, 7051 müraciətin 5-6 mini it dişləmələri ilə bağlıdır. Digərləri pişik, siçan və digər heyvanların hücumu ilə bağlıdır. Ən çox dişləmələrə məruz qalanlar 18 yaşdan yuxarı kişilər arasındadır”.

Şöbə müdiri qeyd edib ki, bu il ölkədə vəhşi heyvan dişləməsi qeydə alınmayıb. O əlavə edib ki, ötən dövr ərzində quduzluqdan ölən və yoluxan olmayıb:

"Heyvan dişləməsi zamanı quduzluq virusu sinir yolu ilə mərkəzi sinir sisteminə qalxır və tüpürcək vəzilərinə keçir. Quduzluğa yoluxan şəxsdə tənəffüs çətinləşir, sudan, işıqdan, havadan qorxma kimi simptomlar özünü göstərir. Gecikmə olarsa, ağız suyu ifrazı artır və ağırlaşmalar nəticəsində ölümə gətirib çıxarır. İnkubasiya dövrünün 10 gün olduğunu nəzərə alsaq, bu müddət ərzində xəstəxanaya müraciət etmək lazımdır".




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Sosial