USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bahar Muradova məktəbli intiharları barədə: Bu, sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil


  • Sosial
  •  12:37 10.05.2022
  •  208
https://img.baki-baku.az/news/2022/05/photo_6938.jpg

“Bu məsələ gündəlik sosial və ənənəvi mediada davamlı müzakirə olunacaq məsələ deyil, peşəkarlıq tələb edir”.

APA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə açıqlamasında məktəblilərin intihar hallarına münasibət bildirərkən deyib.

O qeyd edib ki, bu cür hallar müvafiq dövlət orqanlarının nəzarəti altındadır: “Əlbəttə ki, bu cür hadisələr bizim hər birimizi üzərək narahat edir. Ailələrimizdə olan durum, uşaq və yeniyetmələrin vəziyyəti və rastlaşdıqları problemlər bizim diqqətimiz altındadır. Bizim də borcumuz ondan ibarətdir ki, bütün aidiyyəti dövlət qurumları, cəmiyyət və media, o cümlədən, ailələr bu məsələni diqqətdə saxlayaq. Çünki yeniyetməlik dövrünü hamımız yaşamışıq və bu dövr çox ehtiyatlı davranmağı tələb edir. Ona görə də bu məsələlərə həssaslıqla yanaşmaq lazımdır. Müvafiq qurumlar hər zaman əlaqəli şəkildə işləyir. Nəzərə almaq lazımdır ki, bu, insanın fərdi-psixoloji durumuna bağlı olan məsələdir”.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Sosial