USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Şeyx Strasburqa səfər edəcək


  • Sosial
  •  15:53 29.04.2022
  •  204
https://img.baki-baku.az/news/2022/04/photo_6882.jpg

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Fransanın Strasburq şəhərinə səfərə yola düşür. Səfərdə məqsəd Avropa Şurasının 2 may tarixində «Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq» mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etməkdir.

QMİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, dinlərarası dialoqun təşviqi yönündə Avropa Şurasının bu konfransı Avropa cəmiyyətlərində ənənəvi dinlərin liderləri arasında dialoqu inkişaf etdirərək onun fundamental prinsiplərini qəbul etmək məramı daşıyır.

 

Qeyd edək ki, bu təşəbbüs G20 çərçivəsində Dinlərarası Forumun və Dinlərarası dialoq üzrə Strasburq prinsiplərinə ehtiram ruhunda gündəmə gəlib. Müxtəlif dinlərin tanınmış xadimlərinin qatıldığı konfransda məruzə ilə çıxış edəcək QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə İslam dünyasının yeganə təmsilçisi qismində tədbirə dəvət alıb. Çıxışında Şeyxülislam müasir dövrümüzdə insanlar arasında təcavüzə, zorakılığa və ayrı-seçkiliyə təhrik edən nifrət çağırışlarının ictimai təhlükəsi barədə fikirlərini bölüşəcək.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Sosial