USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bütün Qafqazın şeyxi İsveçdə Quranın yandırılmasını pisləyib


  • Sosial
  •  13:59 25.04.2022
  •  194
https://img.baki-baku.az/news/2022/04/photo_6863.jpg

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə öz iqamətgahında müqəddəs Ramazan ayı münasibətilə iftar süfrəsi açıb.

İdarədən APA-ya verilən xəbərə görə, QMİ sədri deyib ki, işğal dövründə vandalizmə məruz qalmış bütün dinlərə məxsus dini abidələr, məbədlər Azərbaycan dövləti tərəfindən böyük diqqət və qayğı ilə bərpa edilir və yenidən qurulur.

Dünyanın müxtəlif nöqtələrində dini məkan və rəmzlərin təhqir olunması hallarının, o cümlədən Ramazan ayında İsveçdə, Danimarkada “Qurani-Kərim”in yandırılmasına cəhd hallarını, habelə Qüdsdə baş verən qarşıdurmaları qətiyyətlə pisləyən Allahşükür Paşazadə dini heysiyyətdən siyasi məqsədlər üçün sui-istifadə edilməsinin yolverilməzliyini və bütün dinlərin liderləri tərəfindən birmənalı şəkildə qınanılmalı olduğunu bildirib.

Dini konfessiya rəhbərləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayının Azərbaycanın regiondakı yeni reallıqlarını bütün dünyaya bəyan etdiyini bildiriblər.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Sosial