USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AQSİA “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirib


  • Sosial
  •  11:11 25.04.2022
  •  228
https://img.baki-baku.az/news/2022/04/photo_6858.jpg

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası “Sahibkarlar Günü”nə həsr olunmuş tədbir keçirib Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası (AQSİA) İctimai Birliyinin birgə təşkilatçılığı ilə 25 aprel - Sahibkarlar Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Vətən müharibəsində həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb. Sonra AQSİA-nın fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olunub. AQSİA-nın İdarə Heyətinin sədri Səkinə Babayeva assosiasiyanın Prezident İlham Əliyevin tövsiyəsi əsasında üç qurumun təşkilatçılığı ilə yarandığını bildirib. Assosiasiyanın yaranmasında məqsəd ölkədə lider qadınlarımızın işgüzar birliyinin bir çətir altında birləşməsi olub. Əsas məqsədlərdən biri də qadınları iqtisadi platformada görmək, onların arzu və təkliflərini eşitmək, istədikləri məhsulun bazar rəqabətliliyinin araşdırılması üçün dialoqların aparılmasıdır: “Dövlətin sahibkara yaratdığı mühiti genişləndirmək üçün texnoparkların yaradılması, vergi güzəştlərinin edilməsi, eyni zamanda yoxlama hallarının olmaması vacibdir. Sahibkar qadınlarımızın sayı günü-gündən artır. İndiyə kimi 1600-ə yaxın tədbir keçirmişik. Bu tədbirlərdə əsasən bölgələrdə yaşayan sahibkar qadınlarımıza təlim-tədrisin gücləndirilməsi, məhsul brendinin yaradılması, xarici iqtisadi əlaqələrin birləşdirilməsi və müxtəlif təşkilatlarla qadınların birliyinin yaradılması məsələləri müzakirə olunub. Hazırda biz 37 ölkə ilə memorandumlar imzalamışıq”.

S.Babayeva qeyd edib ki, sərhədyanı bölgələrimizdə qadınlarımızın həm rəqəmsal iqtisadiyyatda təminatı, ailə institutları ilə bərabər onlara korporativlərin yaradılması istiqamətində işlər görülür.

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 44 günlük Vətən müharibəsində xalqımızın bir yumruq kimi birləşdiyini və başlıca aparıcı qüvvə olan Azərbaycan qadınının müharibədə göstərdiyi şücaəti xüsusilə vurğulayıb. B.Məhərrəmov əlavə edib ki, bu gün ölkə iqtisadiyyatının yeni reallığa uyğun inkişafında, milli prioritetlərə doğru dayanmadan əzmlə irəliləməyimizdə, eləcə də işğaldan azad edilmiş bölgələrimizdə quruculuq bərpa işlərində xanım sahibkarlarımız böyük iradə nümayiş etdirirlər.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva qadın sahibkarlığın əhəmiyyəti və assosiasiyanın bu inkişaf yolunda göstərdiyi xidmətlərin təqdirəlayiq olunduğunu diqqətə çatdırıb.

Qazaxıstanın Atameken təşkilatının nümayəndəsi Saltanat Abdikarimova AQSİA nümayəndələrinə dəvətə görə təşəkkürünü bildirib və qeyd edib ki, AQSİA-nın iş təcrübəsi və iş mexanizmləri haqqında geniş məlumat almaq üçün Bakıya gəlib. Sonra AQSİA-nın üzvü olan sahibkarlara, tədbir iştirakçıları olan xanımlara və media nümayəndələrinə təşəkkürnamələr təqdim olunub.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Sosial