USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yol polisləri ilə görüş: Ətraf mühit və insan sağlamlığının qorunması vacibdir - VİDEO-FOTO


  • Sosial
  •  08:46 18.04.2022
  •  1566
https://img.baki-baku.az/news/2022/04/photo_6796.jpg

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Ətraf mühit və insan sağlamlığının qorunmasında yol hərəkəti təhlükəsizliyinin rolu" mövzusunda layihəni davam etdirir.

Bu gün Baş DYP İdarəsinin Ekoloji nəzarət bölüyünün əməkdaşları ilə keçirilən tədbirdə Mərkəzin sədri Elməddin Muradlı çıxış edərək bildirib ki, yol hərəkətinin təhlükəsizliyi baxımından ətraf mühitin qorunması vacib amillərdən biridir. Bildyimiz kimi, yol nəqliyyat hadisələrinin ətraf mühitə nə qədər böyük təsirləri var. Əgər bir nəqliyyat vasitəsi bir ağacı vurub aşarırsa, fikirləşin ki, həmin o ağacın inkişafı illərlə vaxt aparır. Həmin o ağac nə qədər okisgen verirdi, ətrafda olan sağlam insanlar üçün çox önəmli bir faktor idi. Ətrafa dağıdılan yanacaq, sürtkü yağları da ekologiyaya böyük ziyandır. Gün ərzində payraxıtın müxtəlif küçə və prosoektlərində müxtəlif tıxaclar əmələ gəlir. Adi vaxtda 2 dəqiqəyə keçdiyimiz yolu hətta elə olur ki, 20-25 dəqiqəyə keçə bilmirik. İndi təsəvvür edin ki, həmin ərazidə  avtomobilin 2 dəqiqəyə keçdiyi yolda havaya buraxdığı zərər nə qədərdisə 20-25 dəqiqəyə tıxacda keçdiyi yolda havaya buraxdığı zəhərli qazların miqdarı 10-15 dəfə çoxdur. Demək, ətraf mühitin qorunmasında yol hərəkətinin də mühüm rolu var.  Bakı şəhərində aparılan təhlillər onu göstərir ki, ətraf mühitin çirklənməsində məhz 80 faizi nəqliyyat vasitələrinin payına düşür. 

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin inspektoru, polis baş leytenantı Toğrul Nəsirli bildirib ki, ətraf mühit və insan sağlamlığının qorunmasında hər kəs məsuliyyət daşıyır. İl ərzində Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları maarifləndirici və təbliğat işləri də aparırlar. Yol polisi əməkdaşları tərəfindən qanunvericiliyə uyğun olmayan, atmosferə normadan artıq qaz zəhərli buraxan nəqliyyat vasitələri aşkar olunaraq sürücülər müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilir. "Sürücülərə tövsiyə edirik ki, nəqliyyat vasitələrinin yanacaq sisteminə mütəmadi olaraq nəzarət etsinlər. Bununla onlar öz həyatlarının və havanın çirkləndirilməsinin qarşısını almış olarlar".

Sonra çıxış edən tağım komandiri, polis kapitanı Rəşad Bayramov bildirib ki, atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədilə Dövlət Yol Polisi əməkdaşları tərəfindən mütamadi olaraq hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktiki tədbirlər həyata keçirirlər. Tədbirlər zamanı avtomobillər saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlarda zərərli qazların miqdarı yoxlanılır. 

Yol polis sürücülərə tövsiyə edir ki, avtomobilləri saz vəziyyətdə saxlasınlar. Bu, həm onların, həm digər hərəkət iştirakçılarının sağlamlığı, həm də ətraf mühitin qorunması üçün vacibdir.

Daha sonra çıxış edən Avtosfer.az sayının redaktoru Orxan Əliyev bildirib ki, atmosfer havasının çirklənməsinin əsas səbəblərindən biri də yanma kamerasında yanacağın tam yanmamasıdır. Avtomobillər tərəfindən istifadə olunan yanacağın təxminən 15%-i onun hərəkətə gətirilməsinə sərf olunur, qalan 85%-ə qədəri isə yanma məhsulları ilə birlikdə atmosfer havasına atılır.

Müzakirələr çay süfrəsi arxasında davam etdirilib. 




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Sosial