USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub


  • Sosial
  •  11:07 05.04.2022
  •  181
https://img.baki-baku.az/news/2022/04/photo_6687.jpg

Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı təqdim olunub.

APA xəbər verir ki, bununla bağlı keçirilən təqdimatda Avropa Şurasının Baş katibi Mariya Pejcinovi Buric çıxış edib. O deyib ki, bu plan Azərbaycanla birlikdə hazırlanıb, monitorinq qruplarının hesabatlarına əsaslanıb. Planın əsas məqsədi Azərbaycan xalqının demokratik cəmiyyətdə yaşaması, demokratik təsisatların inkişafını sürətləndirməkdir. Bu, təqdim olunan üçüncü fəaliyyət planıdır: "Məqsədimiz həqiqi nəticələrin əldə olunmasıdır. Əvvəlki planların reallaşdırılması istiqamətində xeyli addımlar atılıb".

Qeyd olunub ki, planların icrası ilə bağlı 1000 azərbaycanlı hüquqşünas Avropa hüquqlarının mənimsənilməsi və öyrənilməsində təcrübəsini artırıb, təlimlərdə iştirak edib. Bundan başqa, Azərbaycan Lanzarota Konvensiyasını ratifikasiya edib. Vətəndaş cəmiyyətinin rolu artırılıb, qanunun aliliyi sahəsində böyük irəliləyiş əldə olunub. Ədliyyə Akademiyasında hakim və məhkəmə işçiləri üçün təlimlər təşkil olunub. 500 jurnalist və vətəndaş cəmiyyətinin nümayəndəsi gender bərabərliyi sahəsində təlimlərdə iştirak edib. Bir sözlə, müsbət nailiyyətlər var. Lakin müəyyən sahələrdə hələ də problemlər var ki, bura ifadə azadlığı, seçki, ədalətli mühakimə sahələri daxildir. Yeni fəaliyyət planı yeni sahələri də əhatə edəcək, bura, süni zəka, ekologiya, və iqlim dəyişikliyi, insan alveri, narkotik vasitələrdən sui-istifadə və onların satışı ilə mübarizə sahələri daxildir.

AŞ Prezidenti regional layihələrin əhəmiyyətinə də toxunaraq deyib ki, Azərbaycan bu layihələrdə uğurla iştirak edir. Aİ bu layihələrin icrasında ən böyük donordur.

O da vurğulanıb ki, Avropa Şurası, Azərbaycanın insan haqlarının və demokratiyanın inkişafında öhdəliyini bölüşür.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Sosial