USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AQSİA-nın Uzaq Şərqdən tərəfdaşları Bakıdadır


  • Sosial
  •  11:27 02.04.2022
  •  208
https://img.baki-baku.az/news/2022/04/photo_6678.jpg

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının  üzvü olan xanım sahibkarların Yaponiya iş xanımları ilə görüşü  keçirilib. Tədbirin açılışında çıxış edən   AQSİA  İdarə Heyətinin sədri Səkinə Babayeva  tədbir iştirakçılarına Yaponiyadan gələn iş xanımları ilə bağlı qısa məlumat verib. Vurğulayıb ki, yapon xanımların  Azərbaycana səfərinin məqsədi, öz brendlərinin ölkəmizdə və Azərbaycan üzərindən başqa türk, islam ölkələrinə təqdim etmək və satışını təmin etməkdir: "Azərbaycanda araşdırma aparıb, investisiya mühitini öyrənmək məqsədilə  TET Beynəlxalq Əməkdaşlıq şirkətinin vasitəsilə hazırda Azərbaycandadırlar. Eyni zamanda ölkələrimiz arasında  əməkdaşlığa töhfə vermək üçün Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyası ilə əməkdaşlıqda maraqlıdırlar".

Daha sonra  tədbirin xüsusi qonaqları, Azərbaycana səfər etmiş Yaponiyanın "Organic Halal VKSARA" kosmetik brendinin sahibləri Yumiko Nakano, Riqia Nakano çıxış ediblər. Yumiko Nakano bildirib ki, bu qədər gözəl xanımların bura toplanması həqiqətən də çox gözəl bir şeydir və Azərbaycan xanımları çox gözəldirlər:" Mən ilk dəfədir ki, Azərbaycana gəlirəm. Azərbaycanda xanımların geyim tərzi,  baxım məhsullarından  istifadə mədəniyyəti məni valeh etdi. Azərbaycana   ilk dəfə gəldiyim üçün bilmədyim çox şey var. Bundan sonra mən onları sizlərdən öyrənəcəyəm. Düşünürəm ki, Azərbaycana yenə gələcəm. Hazırda biz öz brendimizin Azərbaycan xanımlarına tanıtmaq istəyirik".

İşgüzar səhər yeməyindən sonra Yumiko Nakanonun qızı Riqia Nakano təqdim etdikləri brend məhsulu haqqında geniş məlumat verib. Daha sonra AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva Assosiasiyasının adından qonaqlara hədiyyələr təqdim edib. 

Tədbirin sonunda  xatirə şəkilləri çəkilib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Sosial