USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Saleh Məmmədov Qarabağdakı yol infrastrukturu layihələrinin icra vəziyyətindən danışıb


  • Sosial
  •  12:37 29.03.2022
  •  190
https://img.baki-baku.az/news/2022/03/photo_6631.jpg

Azərbaycanın işğaldan azal edilmiş ərazilərində 16 yol layihəsi yerinə yetirilir və rayondaxili yolların tikintisi həyata keçirilir.

"APA-Economics" xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov bildirib.

 

Onun sözlərinə görə, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan ərazilərində 780 km daxili yolların tikintisinə vəsait ayrılıb və bu sahədə də işlər hazırda aparılır.

S. Məmmədov qeyd edib ki, Göygöl-Toğanalı-Kəlbəcər yolunda olacaq 11,6 kilometrlik tunelin tikintisi çərçivəsində 25% işlər artıq yerinə yetirilib. Bu tunelin tikintisinin başa çatdırılması 2024-cü ilin sonunadək nəzərdə tutulub.

Bundan əlavə, S. Məmmədovun sözlərinə görə, 6-4 hərəkət zolaqlı Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi çərçivəsində işlərin 70%-i yerinə yetirilib. Yolun tikintisi 2023-cü ilin sonunadək bitəcəyi gözlənilir.

Bundan başqa, sədrin sözlərinə görə, Zəngəzur dəhlizində yol infrastrukturu yaradılır, bu ilin sentyabr ayının sonuna qədər Zəngilan hava limanının tikintisinin bitməsinə uyğun olaraq Zəngəzur dəhlizi yolunun bir hissəsinin asfaltlanması nəzərdə tutulub. Xudafərin-Laçın-Qubadlı avtomobil yolunda da işlərin 40%-i yerinə yetirilib.

"Bu ilin sonuna Bərdə-Ağdam avtomobil yolunun tikintisi başa çatdırmaq və istismara vermək fikrindəyik. İşğaldan azad edilmiş ərazilərin bütün yol infrastrukturlarında işlər gedir, həm 2023-cü ilin, həm də 2024-cü ilin sonuna qədər işlərin yerinə yetirilməsi nəzərdə tutulub və başa çatdırılacaq", - S. Məmmədov yekunlaşdırıb.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Sosial