USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Biləsuvar, Cəlilabad, Neftçala və Salyanda unudulmaz görüşlər -

"Qələbə şəhidləri" evlərdə təqdim olundu


  • Sosial
  •  11:46 28.03.2022
  •  259
https://img.baki-baku.az/news/2022/03/photo_6614.jpg

Dədə-baba adətlərimizdəndir ki, dünyasını dəyişənlərin qapısını döyməyi, “axır qəminiz olsun” sözləriylə təsəlli verməyi savab iş sayırıq. Belə insanlar, xüsusilə şəhid ailələri diqqətə, həssaslığa daha çox ehtiyac duyduqlarından həmin ünvanlara doğmalar, dost-tanışlar, baş çəkir, mütəmadi duyğulardan boylanan ürək sözlərindən adlarını ehtiramla dilə gətirir, onların gərəkli və şərəfli xidmətlərini yad edirlər. 

Həmin günlər biz Biləsuvar, Cəlilabad, Neftçala və Salyanda “Qələbə şəhidləri” kitabı ilə neçə-neçə evdə olduq. Bu həssas insanlarla görüşlərdə söz və ifadələri ehtiyyatla seçsək də, sonda buna ehtiyac duyulduğunu görmədik. Onlar Vətən, xalq üçün cəsur evladlar yetirmələri ilə fəxr etdiklərini dedilər.

Söhbətlərdən məlum oldu ki, salyanlı ziyalıların 10 cilddə “Qələbə şəhidləri”ni ərsəyə gətirmək təşəbbüsünü hamı bəyənir. Topluların ilk 3 cildi “Aran” uşaqların sağlam gələcəyi ictimai birliyinin sədri İbrahim Hüseynovun şəxsi vəsaiti hesabına işıq üzü görüb. O, materialları toplayır, nəşrə hazır vəziyyətə gətirir. Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi təşkilatın bu təşəbbüsünü nəzərə alaraq layihəni dəstəkləyib. Əvvəl Bərdə və Salyanda kütləvi tədbirlər keçirilib. Sonra isə Novruzlu günlərdən bəhrələnərək Biləsuvar, Cəlilabad, Neftçala və Salyanda evlərə baş çəkilərək kitab ətrafında söhbətlər açılıb. 

Təqdimatlarda topluların redaktoru, əməkdar jurnalist, “Zərdabi” Mətbuat Mərkəzinin sədri Rəhim Hüseynzadə bu kitabların hazırlanmasında olan müsbət və problemli cəhətlərdən danışıb. Gələcəkdə kitabın daha samballı faktlar təqdim olunacağı təqdirdə problemlərin də aradan qaldırılacağını vəd edib.

Biləsuvar və Cəlilabada gəlişimizdən xəbər tuttuqları üçün hamı öz əməli köməkliyini təklif edirdi. “Mübarizlər” cəmiyyəti təsiscinin müavini Sədrəddin Əliyev, bu mövzuda vətənpərvərlik kliplərini çəkən və nümayiş etdirən Neymət Muradlı, Rəşad Xaliqov və Süleyman Mahmudov ətraf rayonlarda yaxşı tanınırlar. Görüşlər kitabların təqdimatı və valideynlərin ürək sözləri ilə müşaiyyət olunurdu. Bu tədbirlərə yenə dəstəyini verən tikinti ustası Süleyman Mahmudov birinci Qarabağ müharibəsinin iştirakçısı və cəngin ağrı-acılarını bədənində və şəhid ailəsi kimi həyatında gəzdirdiyindən təsəllisini xeyirxah işlərdə tapmışdı. Belə ki, Vətən müharibəsi şəhidlərinin elə bir tədbiri olmayıb ki,  həmin təşkilat dəstəyini veməsin. O bundan oğlu şəhid Babəkin təsəllisini alırdı. 

Həmin kəndin sakini Bəxtiyar Mirkişili cəmi 18 il yaşamış Şəhriyarın igidlik salnaməsini yaradıb. Qardaşları Mahir və Arazın yolunu davam etdirir. Mahir isə MAXE kimi hərbi sıralardadır. Bu kitab ailəyə bir təskinlik idi. 

Bayram İlqar oğlu Babaşov 2019-cu ildə Naxçıvanda hərbi məktəbdə oxumuşdu. Müharibə qazisi olan Vüqar, Nurlan baş leytenantla həmişə fəxr edəcəklər. Bütün azərbaycanlılar və cəlilabadlılar kimi həyat yoldaşı Arzu xanım bizə bu ailə ilə yaxın olan naxçıvanlı şəhid Mərhəmət Rizvan oğlu Həmzəyevin, samuxlu Orxan Ramiz oğlu Ərəbovun və lerikli Tural Rahib oğlu Əhədovun ailələrinə kitabları çatdırmağa söz verdi.

Şəhid atası Əlövsət Musayev üç peşəkar hərbiçi yetişdirib. Uzaqdan gəldiyi üçün bizə əziyyət verməməyi qərara almışdı. O bildirdi ki, 1993-1994-cü illərdə könüllü olaraq orduya yazılıb. Sonra növbə övladlarına çatıb. Tural baş gizir, Ələsgər gizir, Ələkbər isə müddətdən artıq ordu sıralarındadır. Indi fəxr edir ki, Qarabağ müharibəsindəki şanlı qələbədə bu ailənin də böyük xidmətləri var. 

Əlövsət söz verdi ki, məzarı Baki şəhərindəki ikinci fəxri xiyabanda olan, 8 aydan sonra nəşi tapılan Təbriz İsmayıl oğlu İbrahimovun və Şuşada 12 noyabr 2020-ci ildə həlak olan dənizçilik akademiyasının məzunu Bayrı Mirzə oğlu İmanovun kitablarını ailəsinə çatdırsın.

Neftçala şəhər sakini Əsəd Əsədovun həyat hekayəsi daha zəngin idi. Oğlu Azərbaycan Dövlət Universitetini bitirmişdi. İqtisadçı idi. Müharibə başlayanda ehtiyatda olan baş leytenant kimi orduya yola düşmüşdü. 42 il ömür sürdü. Şəhid kimi əbədi könüllərdə qaldı. Həyat yoldaşı ixtisasca jurnalist olan Ülkər 4 nəfər müharibə veteranı ailəsinə kitabları şəxsən çatdıracağını vəd etdi.

Neftçala Mərkəzi Kitabxanasının əməkdaşı Aynurə Əsgərova da bilik ocağı üçün verilən bu toplulardan rayon ictimaiyyətinin faydalanacağını dedi. 

Həmin gün Salyanın Kür sahili yaşayış məntəqələrində yerləşən qəsəbələrimizdə və kəndlərimizdə görüşlər xatirələrlə yadda qaldı. Xalac, Qarabağlı, Təzəkənd kəndlərində və Qaraçala qəsəbəsində xeyli insanla görüşdük. Salman Gülüşov, Pənah Dadaşov, Yenişa Qaraxanov, Seymur Daşdəmirov, Telman Şirəliyrv, Almaz İbrahimova, Elşən Xanəlıyev və Mirzə İmanovla birgə Şəhid ailələrinin üzvlərinə “Qələbə şəhidləri” kitabını təqdim etdik. Bu görüşlər bir dünya xatirələrlə yadda qaldı.




Redaktorun seçimi

Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Sosial