USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

BEST OF INDIA - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisi fəaliyyətə başlayıb


  • Sosial
  •  11:26 28.03.2022
  •  250
https://img.baki-baku.az/news/2022/03/photo_6613.jpg

Martın 26-da Bakı İdman Sarayında 8-ci BEST OF INDIA - Hindistan məhsullarının ən böyük eksklüziv ticarət sərgisinin açılışı oldu. Hindistanın Azərbaycandakı səfiri B.Vanlalvavna, Azərbaycan Respublikası Ekologiya Nazirinin müavini Firdovsi Əliyev və Hindistan iş adamları açılış mərasiminə qatılıblar.

Tədbirdə çıxış edən Hindistanın səfiri B.Vanlalvavna ölkəsinin müstəqilliyinin 75-ci ildönümünü münasibətilə düzənlənən bu sərginin keçirilən geniş tədbirlər silsiləsinin bir hissəsi olduğunu vurğuyıb. Qeyd edib ki, Hindistanın Azərbaycanla iqtisadi əlaqələrini şaxələndirməsi üçün böyük potensial var. Belə ki, Azərbaycanda Hindistan məhsulları və xidmətləri üçün yaxşı imkanlar mövcuddur. "COVID 19" pandemiyasına baxmayaraq, iki ölkə arasında iqtisadi əlaqələr genişlənməkdə davam edir.

Digər çıxışçı nazir müavini Firdovsi Əliyev ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli qarşılıqlı etimadın bütün sahələrdə əməkdaşlığın inkişafı və dərinləşməsi üçün yeni imkanlar yaratdığını vurğulayıb. Əlavə edib ki, ölkələrimiz arasında böyük iqtisadi potensial, hüquqi baza, əlverişli investisiya mühiti mövcuddur. O, bu ticarət tədbirinin və sərgisinin belə imkanların təbliği baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq, onun davamlı təşkil olunacağına ümid etdiyini bildirib.

Sərginin keçiriləcəyi 9 gün ərzində Hindistanın 60-a yaxın şirkəti düyü, çay, ədviyyatlar, hədiyyələr, əl işləri, ev mebeli kimi yüksək keyfiyyətli məhsul və xidmətlərini nümayiş etdirəcək.  

Əsl Hindistan çayının dadına baxılması üçün sərgi salonunda Səfirlik tərəfindən təşkil olunan stend çoxlu sayda ziyarətçi cəlb edir. Sərgidə Hindistan turizmi, mədəniyyəti, eləcə də Hindistanda investisiya imkanlarına dair təqdimat videoları da nümayiş etdirilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial