USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

“Regionda Qadın Sahibkarlar üçün yeni fürsətlər və şəbəkələşmənin genişləndirilməsi” adlı konfrans keçirilib


  • Sosial
  •  13:29 14.03.2022
  •  224
https://img.baki-baku.az/news/2022/03/photo_6526.jpg

Martın 12-də Şəmkirdə Heydər Əliyev mərkəzində AQSİA və  KOBİA birgə regionda yaşayan  sahibkar qadınların şəbəkələşməsi, biznes fəaliyyətlərinin genişləndirilməsi  məqsədilə  “Regionda Qadın Sahibkarlar üçün yeni fürsətlər və şəbəkələşmənin genişləndirilməsi” adlı konfrans təşkil edib.

Konfransda Şəmkir və ətraf rayonlarda yaşayan sahibkar xanımlar iştirak ediblər. Öncə video çarx şəklində AQSİA-nın hesabatı  İştirakçılara təqdim olunub. Daha sonra AQSİA, KOBİA haqqında təqdimatlar olub.
Konfrans çərçivəsində sahibkar xanımlara  ödənişsiz müxtəlif səyyar konsultasiya xidmətləri göstərilib. Tanınmış təlimçilər   Rövşən Əhmədov hüquqi dəstək,  Əliyev Mehman vergi uçotu, Maarif Quliyev
rəqəmsal biznes, Ağgül Əhmədova isə təhsil platforması ilə bağlı iştirakçılara təlim keçiblər.

Konfransda çıxış edən AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva bildirib ki,  Assosiasiyanın hədəfi bölgələrdə qadın sahibkarlığının inkişafıdır və bu istiqamətdə  vacib layihələrin həyata keçirilməsi davam etdirilir.  Assosiasiya rəhbəri bütün bölgələrdə qadınların ciddi potensialının olduğunu və bu potensialın realizə edilməsində AQSİA-nın qadınlara hər zaman  dəstək olduğunu diqqətə çatdırıb.

Daha sonra AQSİA İcraçı katibi Mətanət Ağamirli, İdarə Heyətinin üzvləri Pərvanə İsgəndərova, Afət Həsənova çıxış edərək gənc sahibkarları, sahibkar olmaq istəyən xanımları maraqlandıran sualları cavablandırıblar.

Sonda bir neçə AQSİA üzvü uğurlu sahibkarlıq fəaliyyətinə görə Assosiasiyanın təşəkkürnaməsi ilə təltif olunub.  Şəmkir və qonşu rayonlarda yaşayan qadınların əl işlərindən ibarət satış sərgi də nümayiş edilib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial