USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Pensiya, müavinət və təqaüdlərin nə qədər artırıldığı açıqlanıb


  • Sosial
  •  11:17 28.02.2022
  •  226
https://img.baki-baku.az/news/2022/02/photo_6406.jpg

Prezident İlham Əliyevin imzaladığı sənədlər əsasında bu ilin əvvəlindən növbəti islahat paketi çərçivəsində pensiya, müavinət və təqaüdlərin artırılması təmin edilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən APA-ya verilən xəbərə görə, ölkə əhalisinin 12 faizini əhatə edən pensiya təminatında ilin əvvəlindən iki istiqamətdə artım baş verib:

 

Minimum pensiya 20 faiz artımla 200 manatdan 240 manata çatdırılıb və bu artım 40 min şəxsin pensiyasının artımına imkan verib; Pensiyalar orta aylıq əməkhaqqı artımına uyğun indeksləşdirilərək artırılmaqla və pensiyaçılara bu il üzrə maddi yardım (200 manat) ayrılmaqla, pensiyalarda orta hesabla 9 faiz artım edilib. 1,1 mln. pensiyaçını əhatə edən bu artım üçün dövlət büdcəsindən illik əlavə 352 mln. manat sərf olunacaq.

2022-ci ilin 1 yanvarından sosial müavinətlər və bəzi təqaüdlərdə də artımlar olub. Əlilliyə, yaşa, ailə başçısını itirməyə görə, sağlamlıq imkanları məhdud uşaqlar və b. üçün aylıq sosial müavinətlər orta hesabla 25 faiz, birdəfəlik müavinətlər orta hesabla 46 faiz artırılıb.

Bəzi təqaüdlərdə isə orta hesabla 32 faiz, tələbə təqaüdlərində orta hesabla 20 faiz artım baş verib.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial