USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Holokost qurbanları ilə bağlı konfrans keçirilib


  • Sosial
  •  11:40 27.01.2022
  •  219
https://img.baki-baku.az/news/2022/01/photo_6140.jpg

Holokost qurbanlarının xatirəsinin yad edilməsi ilə bağlı beynəlxalq günə həsr olunmuş "İnsanlığı qorumaq üçün antisemitizm, nifrət nitqi, ksenofobiya və irqçiliklə mübarizə" mövzusunda konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladanka Andreeva çıxış edib.

"Biz bu gün 6 milyon yəhudi kişi, qadın və uşağın ağlagəlməz şəkildə öldürülməsini anırıq. XX əsrdə biz bu soyqırımı və faciəni yaşamışıq, XXI əsrdə belə hallar yaşanmamalıdır. Lakin biz çox təəssüf ki, ksenofobiya, antisemitizmin, müsəlmanlara qaşı nifrətin artımını müşahidə edirik. Bu humanizmə, dəyərlərə, BMT-nin nizamnaməsinə zidd bir haldır, - V.Andreeva deyib.

O bildirib ki, yanvarın 20-də BMT Holokostla bağlı qətnamə qəbul edib: “Bu qətnamədə vurğulanıb ki, nifrət, ksenofobiyanın nəyə gətirib çıxarması ilə bağlı soyqırımı bəşəriyyət üçün əbədi xəbərdarlıq olacaq. Ölkələr Holokostun inkarı və təhrifi ilə bağlı halların artmasından narahatlıqları ifadə ediblər. Nə zaman qurbanların xatirəsinə biganə yanaşılsa, bizim belə faciələrlə gələcəkdə də üzləşmə ehtimalımız artacaq. Bu insanların xatirəsini yaşatmaq bizim əbədi borcumuzdur. Biz Holokostu dərindən öyrənməliyik ki gənclik bunu əbədi xatırlasın”.

BMT-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri dialoqa, mədəniyyətlərarası dialoqa, multikulturalizmə verdiyi dəstəyə görə Azərbaycana təşəkkür edib: “Mən Azərbaycanın bu fəaliyyətini təqdir edirəm. Azərbaycan bu məsələ ilə bağlı qlobal forumlara ev sahibliyi edib. Biz bu istiqamətdə səylərimizi davam etdirməliyik”.

İsrailin Azərbaycandakı səfiri Corc Dik isə Holokostun bir çox qurbanları həyatdan köçdüyünü, lakin onların hekayələri yaşamalı olduğunu vurğulayıb: “Biz bu soyqırımı xatırlamalı, öyrənməliyik. Təəssüf ki, bu gün bəzi ölkələrdə nifrət siyasəti inkişaf edir, lakin yəhudi xalqının yaşadığı soyqırımı bu siyasətin nəyə gətirib çıxardığını açıq şəkildə göstərib. Bu gün biz təkcə Holokost qurbanlarını deyil, nasizmin qurbanı olmuş digər etnik qrupları, siyasi fikirlərinə görə nasistlər tərəfindən təqib olunmuş insanları, həmçinin nasizmə qarşı mübarizədə həlak olmuş 300 min Azərbaycanlını yad edir, anırıq. Mən bu mübarizələri üçün onlara öz təşəkkürümü ifadə edirəm. Biz tarixi dəyişə bilmərik, amma tarixi yadda saxlayaraq gələcəyi dəyişə bilərik".




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial