USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

2021-ci ildə yol qəzalarında 700-dən insan həyatını itirib


  • Sosial
  •  16:22 19.01.2022
  •  364
https://img.baki-baku.az/news/2022/01/photo_6101.jpg

Respublika ərazisində ötən il ərzində 1649 yol-nəqliyyat hadisəsi baş verib və nəticədə 706 nəfər həlak olub, 1452 nəfər yaralanıb.

BDYPİ-nin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 (+3,9%) fakt, ölənlərin sayı 10 (+1,4%) nəfər, yaralananların sayı isə 42 (+3%) nəfər artıb.

Qəzaların 514-ü paytaxt ərazisində qeydə alınıb ki, nəticədə 211 nəfər həyatını itirib, 413 nəfər isə xəsarət alıb.

Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyatın hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıclarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.

Sürücülərlə yanaşı piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən 2021-ci il ərzində 721 piyada vurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə qəzaların 43,7%-ni təşkil edir.

Yol-nəqliyyat hadisələrinin növləri içərisində həmçinin toqquşma (539), maneəni vurmaq (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.

Qəzalarda həlak olan 706 nəfərdən (onlardan: 7 yaşına qədər 13 nəfər, 7 yaşından 16 yaşına qədər 36 nəfər, qadınlar 148 nəfər) 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçılarıdır.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial