USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

COVID-19-la bağlı sorğu nəticələri


  • Sosial
  •  11:08 28.12.2021
  •  441
https://img.baki-baku.az/news/2021/12/photo_5957.jpg

Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19 əleyhinə Vaksinasiyaya Dəstək” layihələri çərçivəsində ÜST-nin Azərbaycan Nümayəndəliyi əhali arasında keçirilmiş COVID-19-la bağlı davranışların qiymətləndirilməsi üzrə 7-ci sorğunun nəticələrini yerli səhiyyə tərəfdaşları, beynəlxalq inkişaf agentlikləri, QHT-lər və pasiyent assosiasiyalarına təqdim edib.

APA-nın xəbərinə görə, noyabr ayında İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə əməkdaşlıq çərçivəsində ÜST ekspertlərinin texniki dəstəyi ilə keçirilmiş sorğuda Azərbaycanın bütün bölgələrini təmsil edən 1031 respondent iştirak edib.

Sorğunun nəticələri ÜST-nin mütəxəssisləri Marta Şerzer və Ardita Tahirukaj tərəfindən təqdim edilib.

Sorğunun nəticələrinə əsasən, tibb işçiləri COVID-19 virusu və vaksinləri haqqında ən etibarlı məlumat mənbəyi olaraq qalmaqdadır. Bununla yanaşı, virusun media tərəfindən şişirdildiyini düşünənlərin sayı isə avqust ayının göstəricisi ilə müqayisədə 5% azalaraq təqribən 7% təşkil edib. Mövcud məhdudiyyətlərin çox şişirdildiyi ilə razılaşan respondentlərin nisbəti avqust ayı ilə müqayisədə demək olar ki dəyişməyərək 23% təşkil edib, məhdudiyyətlərin şişirdilməsi ilə razı olmayanların payı isə 52% olub.

Qeyd edək ki, rəyi soruşulanların 89%-i peyvənd olunduğunu təsdiq edib. Peyvənd olunmayanların yalnız 5%-dən az bir hissəsi qətiyyən peyvənd olunmayacağını bildirdiyi halda, qərarsız respondentlərin sayı isə avqust ayı ilə müqayisədə (25%) 35%-ə yüksəlib.

Əsas səhiyyə xidmətlərinin davamlılığı ilə əlaqədar respondentlərin təxminən 20%-i ümumilikdə tibb xidmətini təxirə saldıqlarını və təqribən 22%-i isə zəruri dərmanları ala bilmədiklərini qeyd ediblər. Xroniki xəstəliyi olan respondentlərin bu cür xəstəliyi olmayan respondentlərlə müqayisədə tibbi xidmətə ehtiyac duyması 3,5 dəfə, zəruri tibbi xidməti təxirəsalması təxminən iki dəfə, səhiyyə xərclərinin artdığını bildirməsi isə iki dəfə çox olduğu qeyd edilib. Gəlir səviyyəsi aşağı düşmüş respondentlərin (onların əvvəlki illəri ilə müqayisədə) tibbi xidmətə ehtiyacı 3,5 dəfə, tibbi xidməti təxirəsalması 5 dəfə, dərman almağa maddi imkanı çatmaması və səhiyyə xərclərinin artdığını bildirməsi hallarının 4 dəfə çox olduğu aşkarlanıb.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial