USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Hava şəraiti ilə bağlı avtomobil yollarının vəziyyəti


  • Sosial
  •  10:37 23.12.2021
  •  362
https://img.baki-baku.az/news/2021/12/photo_5933.jpg

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) hava şəraiti ilə əlaqədar olaraq avtomobil yollarının vəziyyəti haqqında məlumat yayıb (23.12.21,saat 10:00).

AAYDA-dan “APA-Economics”ə verilən məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa “ZƏFƏR” yolu ərazisində yağıntı yoxdur, 3-4 dərəcə şaxta var, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Toğanalı-Kəlbəcər-İstisu - yağıntı yoxdur, yolun Murovdağdan keçən hissəsində 21.12.21 tarixdən gecə saatlarına qədər güclü qar yağmış, qarın hündürlüyü yoldan kənarlarda 30-35 sm təşkil edir. 16-20 dərəcə şaxta var, yolda buzlaşma əmələ gəlmişdir. Yağıntı başlayandan bu gün səhər saatlarınadək yolun qardan təmizlənməsi işləri davam etdirilmiş, qum-duz səpilmişdir. Hazırda bununla bağlı müvafiq tədbirlər davam etdirilir. Şinləri zincirlənmiş nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Bakı - Quba - Rusiya Federasiyası ilə dövlət sərhədi - Siyəzən, Şabran, Quba və Qusar rayonları ərazisində zəif qar yağır, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. 3-4 dərəcə şaxta var. 22.12.21 tarixdə Xınalıq yolunda 10-12 sm qar yağmış, yol qardan təmizlənmiş, qum-duz səpilmişdir. Hazırda qeyd olunan ərazidə külək var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Giləzi - Xızı - qar yağır, 3-4 dərəcə şaxta var. Səhər saatlarından başlayaraq yol qardan təmizlənir, qum-duz səpilir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Bakı - Qobustan - Abşeron rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Qobustan - Şamaxı - Muğanlı - yağıntı yoxdur, 4-5 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - Ağsu - Yevlax - yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Bakı - Ələt - Hacıqabul - yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Hacıqabul - Ucar - Yevlax - yağıntı yoxdur, nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Gəncə - Qazax - Gürcüstan Respublikası ilə dövlət sərhədi - yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Muğanlı - İsmayıllı - yağıntı yoxdur, 4 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

İsmayıllı - Qəbələ - Oğuz- Şəki - İsmayıllı və Qəbələ rayonları ərazisində axşam saatlarında 6-8 sm qar yağmış, yolda qar yoxdur, 5-6 dərəcə şaxta var. Yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Şəki - Qax - Zaqatala - Gürcüstan Respublikası ilə dövlət sərhədi - marşrut boyu yağıntı yoxdur, 1-2 dərəcə şaxta var, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Yevlax - Şəki (Göybulaq) - yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Gəncə - Daşkəsən - Xoşbulaq - yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Şəmkir - Gədəbəy - yağıntı yoxdur, yolun bəzi hissələrində buzlaşma əmələ gəlmiş, qum-duz səpilmişdir. Şaxta 10-12 dərəcə təşkil edir. Yolda nəqliyyat vasitələrinin hərəkəti təmin olunur.

Ələt - Astara - İran İslam Respublikası ilə dövlət sərhədi - Marşrut boyu yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.

Masallı – Yardımlı - səhər saatlarından Yardımlı rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 1 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Lənkəran – Lerik - səhər saatlarından Lerik rayonu ərazisində zəif qar yağır, yolda qar yoxdur, 3 dərəcə şaxta var. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.

Hacıqabul – Bəhramtəpə – Horadiz - yağıntı yoxdur, yolda nəqliyyat vasitələrinin normal hərəkəti təmin olunub.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial