USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan turistləri Yeni ili hansı ölkələrdə keçirəcəklər?


  • Sosial
  •  15:23 24.11.2021
  •  244
https://img.baki-baku.az/news/2021/11/photo_5739.jpg

"Azərbaycanın turizm sektorunda 75% azalma ilə yadda qalan 2020-ci illə müqayisədə cari ildə canlanma müşahidə olunsa da, real artımla bağlı 2023-cü ilin sonu və ya 2024-cü ildə danışmaq daha məqsədəuyğun olar".

Bunun "APA-Economics"ə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) nəzdində fəaliyyət göstərən Turizm komissiyasının sədri Ruslan Quliyev deyib.

Komissiya sədri əlavə edib ki, turizm sektorunda hazırda əsas problem PCR testlərlə bağlı qoyulan mütləq tələbdir, bu da, öz növbəsində, turizm paketini büdcə baxımından ağırlaşdırır.

"Burada söhbət ya turizm şirkətlərinin hər hansı vergilərdən azad olması, ya da bəzi ölkələrdə olduğu kimi, hər turistə görə turoperatora müəyyən vəsaitin ödənilməsindən gedir. Məsələn, bir neçə dövlətdə belə praktika var ki, ölkəyə 7 günlük səyahət edən hər turistə görə dövlət büdcəsindən turizm şirkətinə 7 şərti vahidi pul ödənilir. Bir milyon turistə görə bu rəqəm 70 mln. şərti vahidinə başa gəlsə də, nəzərə almaq lazımdır ki, hər turistin bir həftədə ölkədə xərclədiyi vəsait 850-1 100 manat təşkil edir. Bu isə bütün yan sektorları da motivasiya edir", - deyə R. Quliyev bildirib.

Komissiya rəsmisi son vaxtlar Azərbaycana daha çox Rusiya, İsrail və Körfəz ölkələrindən səyahət edənlərin sayında artımın müşahidə olunduğunu, bir çox MDB ölkələrindən isə ölkəyə sağlamlıq turizmi ilə gələnlərin sayının da artdığını qeyd edib.

"Yeni il bayramı ilə əlaqədar Azərbaycan turistləri bu il daha çox Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və MDB ölkələrinə səyahət edəcəklər. Bir çox aviaşirkətin aşağıbüdcəli biletləri artıq satılıb. Bu gün bir sıra ölkə, həmçinin şengen sazişi olan ölkələr sərhədlərini açır, Azərbaycana vizaları rəsmiləşdirir. Hazırda Avropada turistlərin peyvənd olunub-olunmadıqları barədə məlumat bazası formalaşır ki, burada məlumatların mübadiləsi turistlərin identifikasiya kodu ilə aparılacaq", - deyə R. Quliyev qeyd edib.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial