USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Maliyyə naziri: Dünyada qaz bahadır, ölkəmizə öz təsirini göstərir


  • Sosial
  •  16:15 23.11.2021
  •  239
https://img.baki-baku.az/news/2021/11/photo_5724.jpg

“Bəzi millət vəkilləri çıxışlarında təmsil etdikləri rayonların, seçicilərin maraqlarını müdafiə etmək istiqamətində bir çox problemi qaldırır”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, daha çox qaldırılan məsələlər sırasında qaz təchizatı, su, təhsil və yolla bağlı problemləri qeyd etmək olar: “İnfrastruktur layihələrinin dövlət investisiya proqramına daxil edilməsi məsələsinə baxılır. Heç şübhəsiz ki, inkişaf gedir. Qaz təchizatı ilə əlaqədar məsələlərə aidiyyəti dövlət qurumları yəqin ki, cavab verəcək. Hökumət tərəfindən bu məsələdə, əsasən, müvafiq qaz həcmlərinin təmin edilməsi və mövcud tarif çərçivəsində qaz təchizatı işini həyata keçirən qurumların fəaliyyətinə önəm verilir. Dünya bazarlarında təbii qazın qiyməti çox yüksəkdir. Ölkəmizə də hazırda bu proses öz təsirini göstərir. Bildiyiniz kimi, qazın bir hissəsi bizim daxili qurumlarımız tərəfindən, digər həcmləri isə ölkə daxilində xarici şirkətlərlə birgə hasil olunur. Bu dövlətlərin də bura investisiya qoyuluşunda müəyyən maraqları var. Əks təqdirdə bu investisiya qoyuluşları davam etməz”.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial