USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakıda yol polisinin saxladığı sürücünü BNA cərimələdi


  • Sosial
  •  12:11 12.11.2021
  •  290
https://img.baki-baku.az/news/2021/11/photo_5633.png

Bakı Nəqliyyat Agentliyi tərəfindən cərimələnən sürücü şikayət ünvanlayıb. 90-BN-427 qeydiyyat nişanlı “Mercedes” markalı avtomobilin sürücüsü Turan Qasımov Avtosfer.az-a şikayətində bildirib ki, paytaxtın Həsən Əliyev küçəsində yol polisi əməkdaşı ona saxla işarəsi verdiyinə görə yolun sağ kənarında avtomobili saxlayıb: “Qayda pozmağıma baxmayaraq yol polisi əməkdaşı məni dayandırdı və humansitlik göstərərək xəbərdarlıqla kifayətləndi. Evə çatdıqdan sonra BNA tərəfindən mənə sms məlumatlandırma gəldi ki, Həsən Əliyev küçəsində dayanma-durma qaydasını pozmuşam. Fotodan da aydın şəkildə görünür ki, məni yol polisi əməkdaşı dayandırıb”.

Qeyd edək ki, qanunvericiliyə görə, yol polisi əməkdaşı dayanma-durma qadağan olunan yol sahəsində sürücünü dayandıra bilməz. Lakin paytaxtın mərkəzi küçələrinin demək olar ki, əksəriyyətində dayanma-durma qadağan edilib. Belə hallarda polis əməkdaşları sürücünü saxlamaq məcburiyyətində qalır. Amma təbii ki, bunun məsuliyyəti sürücünün üzərində qalmamalıdır. Sürücü nişanı əsas götürərək polisin saxla işarəsinə tabe olmazsa, o zaman yol polisi tərəfindən "saxla" işarəsinə tabe olmadığı üçün daha ağır formada cərimələnə bilər. Ona görə də  bu cür halların baş verməməsi üçün hər iki qurum öz aralarında razılığa gəlməlidir.

Sürücü Turan Qasımov ona yazılmış cərimənin ləğv edilməsini xahiş edir.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial