USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yunanıstanda Zəfər bayramı qeyd edilib FOTOSESSİYA


  • Sosial
  •  10:40 06.11.2021
  •  410
https://img.baki-baku.az/news/2021/11/photo_5595.jpg?v=MjAyMS0xMS0wNiAxMTozOTowMw==

Yunanıstanın Afina şəhərində 44 günlük Vətən müharibəsində Azərbaycanın Qələbəsi münasibətilə bayram tədbiri keçirilib.

"Bakı-baku.az"ın Afinada olan xüsusi müxbiri xəbər verir ki, Azərbaycanın Yunanıstandakı Səfirliyinin təşkilatçılığı ilə keçirilmiş tədbirdə Türkiyə Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Burak Özgergin və Afina şəhərində yaşayan soydaşlarımız iştirak ediblər. Keçirilən tədbirdə 44 günlük Vətən müharibəsində torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edənlər Azərbaycanın dövlətçilik tarixinin ən şanlı səhifələrindən biri hesab olunan 8 Noyabr-Zəfər günü barədə məlumat vermişlər. İlk olaraq Azərbaycanın Yunanıstandakı və Albaniyadakı fövqəladə və səlahiyyətli səfiri Anar Hüseynov 30 ilə yaxın bir müddətdə aparılmış danışıqlar prosesinin mahiyyətindən, bu istiqamətdə həyata keçirilən məqsədyönlü diplomatik fəaliyyətdən, müharibə vaxtı xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən, döyüş meydanında şücaət göstərmiş qəhrəmanlardan, Azərbaycan-Türkiyə münasibətlərindən və müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunmuş möhtəşəm zəfərdən bəhs etmişdir. Qeyd etmişdir ki, 44 gün ərzində işğaldan azad edilən vətən torpaqlarına qaçqın və məcburi köçkünlərin geri qaytarılması üçün dövlət tərəfindən mühüm tədbirlər həyat keçirilir, vacib infrastruktur layihələr icra edilir, bərpa və yenidənqurma işləri ilə region dünyanın ən abad və sülh bölgəsinə çevriləcəkdir.

Daha sonra çıxış edən Türkiyə Respublikasının Yunanıstandakı fövqəladə və səlahiyyətli səfiri Burak Özgergin Birinci Dünya Müharibəsindən sonra Türkiyənin  apardığı haqlı mübarizədən, ölkənin ərazi bütövlüyünun təmin olunması ilə bağlı görülmüş tədbirlər barədə geniş məlumat vermişdir. Türkiyə dövləti və xalqının Azərbaycan xalqının yanında olduğunu vurğulayan diplomat onların hər zaman “bir millət iki dövlət”  prinsipinə əməl etdiklərini, müharibə zamanı Azərbaycanla bir olduqlarını bildirmişdir. Əldə olunmuş qələbə ilə regionda yeni əməkdaşlıq imkanın yarandığını vurğulayan səfir fəaliyyətə başlayacaq yeni nəqliyyat  dəhlizinin imkanları, ölkələr arasında yaradılacaq iqtisad fürsətdən və onun ticari əlaqələrin inkişafına göstərəcəyi müsbət təsir imkanlarından söz açmış, ölkələr arasında əməkdaşlıq sahəsinin genişlənəcəyini bildirmişdir. Sonda Zəfər günü münasibəti ilə öz səmimi təbriklərini ifadə edərək qələbənin millətimizə yaraşdığını bildirmişdir. 

Daha sonra tədbir iştirakçılarına 44 günlük Vətən müharibəsinin tarixini, Dövlət başçısının çıxışlarını, Azərbaycan xalqının birlik və bərabərliyini və Türkiyə-Azərbaycan qardaşlıq və dostluq münasibətlərini özündə ehtiva edən video material nümayiş etdirilmişdir. Tədbir diaspora nümayəndəsinin milli musiqimizdən olan müxtəlif mahnı nümunələrin ibarət ifası ilə davam etmişdir.

Jalə Həsən,

Aİ üzrə xüsusi müxbir,

Afina




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial