USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Prezidentin köməkçisi: “Biz hələ pandemiyanın ortasındayıq”


  • Sosial
  •  16:54 04.11.2021
  •  231
https://img.baki-baku.az/news/2021/11/photo_5573.jpg

“Biz hələ pandemiyanın ortasındayıq”.

APA-nın məlumatına görə, bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumu çərçivəsində keçirilən "Yeni dünya iqtisadiyyatı” mövzusunda paneldə Azərbaycan Respublikası Prezidentinin köməkçisi –Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Ş. Mövsümov deyib ki, pandemiya dövründə 52 milyon tələbə qapanmalardan əziyyət çəkib: “Hökumətlər pandemiya dövründə aşağı gəlirli kateqoriyaya böyük vəsait emissiya etdi. Azərbaycanın ümumdaxili məhsulu keçən il 4,2 faiz, turistlərin sayı 4 milyon nəfər azalıb. Azərbaycan hökuməti keçən il pandemiya ilə bağlı özəl sektora 2 milyard manat ayırıb. Azərbaycanda bu il iqtisadiyyatda 4,5 faiz, növbəti il 4,7 faiz artım gözlənilir. Bunlar çox yaxşı rəqəmlərdir”.

Prezidentin köməkçisi qeyd edib ki, bu il qarşıya qoyulan hədəfə - dünya ölkələrində əhalinin 40 faizinin peyvəndlənməsi mümkün olmayacaq, ilin sonuna iki ay qalıb: “Bu, gələn ilin ortalarında mümkün ola bilər. Bu, vaksinin ədalətsiz bölüşdürülməsi ilə bağlıdır. Biz səylərimizi səfərbər etməklə pandemiyanın öhdəsindən gələ bilərik”.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial