USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sumqayıtdakı əsgər heykəli ilə bağlı tənqid: "Hərbçi heykəlinin geyim dəsti Azərbaycan Ordusunda yoxdur"


  • Sosial
  •  09:36 02.11.2021
  •  2030
https://img.baki-baku.az/news/2021/11/photo_5537.jpg

Sumqayıtda ucaldılmış əsgər heykəli ətrafında müzakirə başlayıb. Mövzu ilə bağlı hərbi ekspert Ramil Məmmədlinin fikirləri maraq doğurmaqdadır. O,özünün facebook səhifəsində aşağıdakıları paylaşıb:

"Oxuculardan xahiş edirəm fikirlərim düzgün qəbul olunsun. Tənqid təkcə həmin heykəlin müəllifinə deyil, həm də bu abidənin ora qoyulmasına məsul olan şəxsə, yaxudda yerli icra qurumundadır.

Bu gün sosial şəbəkələrdə, hətta bəzi mətbuat orqanlarında Sumqayıt şəhərinin mərkəz hissəsində şəhidlərimizin xatirəsinə ucaldılan heykəlin fotosunu gördüm. İlk baxışda təqdir olunası bir addımdır. Çünki hər zaman şəhidlərlə bağlı abidələrdə kədər və ağrı-acı var. Lakin bu dəfə qürur və döyüş ruhu abidədə açıq təqdim olunub. Burada təəssüf doğuran məqam isə başqa bir məsələdir. Bildiyimə görə, hərbi vasitələrin də təqdim olunduğu bu səpkili heykəllər ictimaiyyətə təqdim olunmamışdan əvvəl mütəxəssislərin rəyinə ehtiyac duyulur. Daha dəqiqi hərbi qulluqçunun abidəsi zamanı onun geyimi, silah və digər dəsti mütəxəssis rəyi ilə uyğunlaşdırılır. Bu heykəldə isə qeyd etdiyim heç bir amil nəzərə alınmayıb. Nəticədə Sumqayıt şəhərinin mərkəzində Azərbaycanın Vətən Müharibəsində qalib əsgərinin yerində ABŞ və ya NATO üzvü olan hansısa bir ordunun geyim dəsti və silahı ilə təchiz olunmuş hərbçi heykəli ucaldılıb. Bu həm heykəltəraşın, həm də bu abidənin ora qoyulmasında məsuliyyət daşıyan Sumqayıt Şəhər İcra Hakimiyyətinin birbaşa məsuliyyətsizliyi və yuxarıda qeyd etdiyim qaydalara riayət etməməsidir.

Xatırlatma üçün bildirim ki, hərbçi heykəlinin geyim dəsti Azərbaycan Ordusunda yoxdur. Üzərindəki silah isə ümumiyyətlə Azərbaycan Silahlı Qüvvələrinin silahlanmasında yer almayıb. Bu ABŞ istehsalı olan M-16 avtomatıdır ki, Amerikaya müttəfiq olan bəzi ölkələr də bu silahın bazasında öz avtomatlarını yaradıblar.

Sonda bir daha qeyd edirəm: Azərbaycan Silahlı Qüvvələrinin heç bir hərbi qulluqçusu bu silahla döyüşməyib. Çünki Azərbaycan Ordusunun silahlanmasında M-16 avtomatı yoxdur.

Yaxşı olar ki, bu gözəl iş keyfiyyətli görülsün və heykəl yenilənsin".




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial