USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Elməddin Muradlı: "Bakının nəqliyyat sistemi çökür"


  • Sosial
  •  16:19 30.09.2021
  •  711
https://img.baki-baku.az/news/2021/09/photo_5220.jpg

"Bakıda nəqliyyatın hərəkətini və gələcəyini düzgün tənzimləmək lazımdır. Bu gün aparılan xaotik tikinti bumu gələcəkdə metro şəbəkəsinin genişlənməsinə imkan verməyəcək, avtobuslar onsuz da azdır, tramvay və tralleybusu da yarada bilməyəcəyik. Nəticədə Bakı nəqliyyat sahəsində ən geridəqalmış şəhər olacaq". "Baki-Baku.az" xəbər verir ki, bu fikri yol hərəkəti qaydaları və nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı özünün facebook səhifəsində paylaşıb

E.Muradlı bildirib ki, bu gün metronun strateji planı olmalıdır. "Məsələn, nəzərdə tutulmalıdır ki, 3 ilə filan yerdə stansiya olacaq, 5 ilə filan yerdə. Ən azı 50 illik strategiyanı ortaya qoymaq lazımdır və həmin xətlərin üstündə hündür binaların tikintisinə imkan verilməməlidir. Yoxsa, metro yatır, tikinti bumu da davam edir. Sabah da çıxıb deyəcəklər ki, yeni xətt çəkə bilmirik, imkan yoxdur, hər yerdə binalar var...

Avtobuslara ümid azdır. Bu gün dövlət sahibkarlara normal dəstək olmadığı üçün başda BakuBUS olmaqla bütün şirkətlər zərərlə işləyir. Nəticədə gələcəkdə sahibkarlar geri çəkiləcək, bütün iş dövlətin üzərində qalacaq və milyonlarla xərc ortaya çıxacaq. İndiki dövrdə bu da dövlətə əlavə yük olacaq.

Şirkət ona görə zərərlə işləyir ki, yeni və müasir avtobuslar tələb olunur. Onun da ölkəyə gətirilməsi üçün rüsumlar bahadır, üstəlik, gedişhaqqı bugünkü reallıqları əks etdirmir", - deyə ekspert vurğulayıb.

E.Muradlı həmçinin bildirib ki, ən əsas məsələ Bakının nəqliyyat sistemi bir mərkəzdən qurulmalı və idarə edilməlidir. "Yetər artıq, "mənəm-mənəmlik" dövrü bitsin. Yazıqdır bu camaat. Zülm çəkir insanlar. Kimlərsə cibini güdür, öz ambisiyalarını yürüdür. Amma vallah bu insanlara zülm edirsiz. Olmaz, gec-tez partlayacaq..." , -deyə E.Muradlı vurğulayıb. 




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Sosial