USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Rafael Cəbrayılov vaksinasiyadan imtina edibmiş - Penitensiar Xidmət


  • Sosial
  •  13:39 30.09.2021
  •  216
https://img.baki-baku.az/news/2021/09/photo_5212.jpg

Ədliyyə Nazirliyi Penitensiar xidməti həbsdə olan sabiq deputat Rafael Cəbrayılovun ölümü ilə bağlı məlumat yayıb.

PX-dən APA-ya daxil olan məlumatda bildirilib ki, vəzifə cinayətinə və dələduzluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuş Milli Məclisin sabiq üzvü Cəbrayılov Rəfael Kamil oğlu sentyabr 30-da müalicə aldığı xəstəxanada vəfat edib.

Qeyd olunub ki, Bakı Ağır Cinayətlər Məhkəməsində haqqında işinə baxılan R.Cəbrayılovun hüquqlarını müdafiə edən vəkili koronavirus infeksiyasına yoluxduğu üçün məhkəmə təxirə salınıb. Bundan sonra R.Cəbrayılovdan "COVİD-19" infeksiyasına qarşı test nümunələri götürülmüş və nəticəsi pozitiv çıxıb. Cəzaçəkmə müəssisələrində könüllü olaraq aparılan kütləvi vaksinasiyadan qəti imtina edib, 1958-ci il təvəllüdlü, xroniki şəkərli diabetin kəskinləşməsindən və arterial hipertoniyadan əziyyət çəkən R.Cəbrayılov müvafiq müalicə tədbirlərinə cəlb olunub, lakin xroniki xəstəlikləri ilə əlaqədar təhlükəli risk qrupuna daxil olması nəzərə alınaraq sentyabrın 28-də o, müalicəsini davam etdirmək üçün "Yeni Klinika" xəstəxanasına yerləşdirilib. Aparılan müalicə tədbirlərinə baxmayaraq R.Cəbrayılov vəfat edib.




Redaktorun seçimi

Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası
Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları

Sosial