USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Narkomanlıqla bağlı dövlət komissiyasının "qaynar xətt"inə müraciətlərin sayı artıb


  • Sosial
  •  16:50 22.09.2021
  •  725
https://img.baki-baku.az/news/2021/09/photo_5106.jpg

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının “802 - qaynar xətt” telefon xidmətinin fəaliyyət istiqamətlərinə dair hazırlanmış sosial lövhələrin, videoçarxın metronun stansiyalarında, bir sıra küçə və prospektlərdə, ticarət mərkəzlərində və televiziya kanalları vasitəsilə mütəmadi yayımlanmasından sonra daxil olan vətəndaş müraciətlərinin sayı artıb.

Komissiyanın İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, bu il avqustun 20-dən sentyabrın 15-dək “qaynar xətt” zəng xidmətinə 213 müraciət daxil olub. Onların 72-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 66-sı narkotik asılılıqdan müalicə, 75-i isə digər məsələlər ilə bağlı olub. Həmin müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə və Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə ümumilikdə 138 məktub ünvanlanıb.

Beləliklə, narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə “802 - qaynar xətt” zəng xidməti vasitəsilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb. Eləcə də narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial