USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan FHN-nin Türkiyənin hansı ərazilərində yanğınların söndürülməsində iştirak etdiyi açıqlanıb


  • Sosial
  •  14:26 13.08.2021
  •  219
https://img.baki-baku.az/news/2021/08/photo_4695.jpg

"Milasda, Yeniköy İstilik Elektrik Stansiyası, Kəmərköy İstilik Elektrik Stansiyası yaxınlığında yanğınlar çox şiddətli olub. Bunların söndürməsində və mühafizəsində Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları böyük fədakarlıq göstəriblər".

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.

 

Nazir müavini bildirib ki, ötən ayın 30-dan başlayaraq FHN-nin yanğın-xilasetmə qrupu 4 mərhələdə Türkiyənin Muğla vilayətinə gəlib: "Gəldiyimiz ilk günlərdə yanğınlara qarşı mübarizədə iştirak etmişik. Adıçəkilən bölgələrdə baş verən yanğınlar söndürülüb. Hal-hazırda həmin bölgələrdə əməkdaşlarımız növbəli rejimlə mühafizə işləri aparırlar".

E. Mirzəyev qeyd edib ki, əlavə olaraq qüvvələrimiz Göycəğiz rayonunun Pınar, Karayer, Kavvakçık, Çayhisar, Zeytunalanı, Otmanlar, Çöğənli yaylağı istiqamətində yanğınlarla mübarizə aparıb: "Yatağan bölgəsində, Hacıvelilər, Yumaklı, həmçinin, Aydın vilayətinin Çinə, Akçaova, Kabaklıdərə bölgəsində, Kabaklı-Hüseyn yaylasında, Seyidli-Kəmər bölgəsində, Menteşə mərkəzində, Qazeller, Muğlanın düzənlik sahəsi, Kozaağac, Yılanlı dağ silsiləsində yanğınların söndürülməsinə nail olmuşuq. Bundan başqa, Marmarisdə Orhaniyə, Hisarönü, Armudlu, Dəyirmanyanı, Açparan, Turqut, Fətiyyə bölgəsi, Dalaman hava limanı ətrafı, Dənizlinin Burduk, Tavas, Urduk-Bucak bölgəsində tapşırıqlar icra olunub".




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial