USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Qazilər arasında intihar halları niyə artıb?


  • Sosial
  •  11:44 23.07.2021
  •  217
https://img.baki-baku.az/news/2021/07/photo_4464.jpg

"Hazırda Türkiyənin ixtisaslaşmış psixoloqları ilə intiharlarla bağlı təlimlərə başlanılıb".

APA-nın məlumatına görə, bunu TƏBİB-in Psixososial Dəstək Fəaliyyətləri uzmanı Nərmin Osmanlı TƏBİB tərəfindən jurnalistlər üçün keçirilən "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlimdə deyib.

 

O bildirib ki, bundan sonra Təhsil Nazirliyi ilə birgə məktəblərdə, həmçinin hərbçilərlə əlaqədar müəyyən tədbirlərin keçirilməsi planlaşdırılır: "Ətrafdakılar intihar düşüncəsi olanları necə yönləndirə biləcəyi ilə bağlı məlumatlı olmalıdır. Bəzən ətrafda yanlış yanaşma olduğu üçün intihar halları arta bilir. Koordinasiya halında çalışmaq belə hallarda ən vacib məsələdir. Hazırda Səhiyyə Nazirliyi, ƏƏSMN, "YAŞAT" Fondu ilə sıx əlaqədə çalışırıq".

O bildirib ki, Vətən müharibəsi dövründə regionlarda 19 xəstəxanada yaralılara psixoloji yardım göstərilib: "Həmin müddətdə ümumilikdə 3 316 yaralıya psixoloji dəstək olunub. Təəssüf ki, qazilərimiz arasında intihar halları artıb. Psixoloq yardımı könüllü keçirilir. Bəzən qazilər keçirdikləri hisslərdən dolayı yardımımızı qəbul etmirlər".

N. Osmanlı qeyd edib ki, regionlarda mart ayından iyula qədər 353 şəhid ailəsi üzvlərinə, 686 hərbçiyə, 156 terror qurbanına psixoloji dəstək göstərilib.




Redaktorun seçimi

Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi
Paşinyanın etirafı: inanaq, inanmayaq?
  • Siyasi təhlil
  • 09:19 24.04.2024
Paşinyanın etirafı: inanaq, inanmayaq?
Qazaxın 4 kəndi və fəlakətin zopası
  • Daxili siyasət
  • 09:16 24.04.2024
Qazaxın 4 kəndi və fəlakətin zopası
Müştərək xəyanət
  • Siyasi təhlil
  • 09:11 24.04.2024
Müştərək xəyanət
Parisdə Olimpiya antisanitariyası
  • Daxili siyasət
  • 09:34 23.04.2024
Parisdə Olimpiya antisanitariyası

Sosial