USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Nümunəvi paytaxt yaradırıqsa...


  • Sosial
  •  17:27 08.07.2021
  •  322
https://img.baki-baku.az/news/2021/07/photo_4340.jpg

 

Ənvər MƏŞƏDİYEV,

 “Bakı” və “Baku” qəzetləri redaktorunun müavini

__________________________________________________________________________________________________

“Bakıya ikinci dəfədir gəlirəm. On-on beş il bundan əvvəl olmuşdum şəhərinizdə. Bu müddət ərzində paytaxtınız  təsəvvür olunmaz dərəcədə yaxşılığa doğru dəyişmişdir”, “Odlar yurdu Bakı son illər necə də gözəlləşmişdir! Müasir üslubda tikilmiş inzibati binalar, mədəniyyət ocaqları, muzeylər, çoxmərtəbəli göydələnlər, geniş magistrallar, çil-çıraqlara qərq olunmuş, füsunkarlığı ilə diqqət çəkən yaraşıqlı küçələr, meydanlar, istirahət guşələri, əyləncə mərkəzləri, tarixi məna daşıyan parklar, paytaxtınızın simasını daha da rövnəqləndirmişdir!”

Bu cür xoş sözləri, ürəkdən gələn fikirləri Bakıya-paytaxtımıza səfər edən xarici qonaqlardan - istər o, dövlət rəsmisi olsun, istərsə də adi vətəndaş - tez-tez eşidirik. Əlbəttə, xarici ölkələrin vətəndaşlarının dilindən şəhərimiz haqqında həqiqəti əks etdirən xoş fikirlər eşitmək fərəhləndiricidir. Şəhərimiz müsbət mənada simasını tam dəyişmişdir. Buna hamımız sevinir, qürurlanır. Paytaxtımızın xariqələri haqqında kitablar yazmaq olar və yazılır da. Bu öz yerində.

Nümunəvi paytaxtda, “ağıllı kənddə” necə deyərlər, hər şey qaydasında, öz  yerində olmalıdır. Hər bir evin, küçənin sakinləri bunu hiss etməli, görməli və məmnun olmalıdır. Axı xırdaca bir qüsur böyük gözəlliyə xələl gətirir, insanları narazı salır. Buna görə də böyük-kiçikliyindən asılı olmayaraq hər bir küçədə, məhəllədaxili yollarda, həyət və bloklarda belə bütün atributlar gözlənilməli və yerində olmalıdır. İlk növbədə sakinlərin rahatlığı nəzərə alınmalıdır.

Lakin əhalinin sosial problemlərinin həlli ölkə başçımızın daim diqqət mərkəzində olmasına baxmayaraq bu mühüm amili bəzi məsul şəxslər unudurlar. Məsuliyyət hissini dərk etməyən hansısa bir icraçının və yaxud işgörənin düşüncəsizliyi üzündən həm sakinlər əziyyət çəkir, həm də xərc qoyulub, necə deyərlər, abıra salınan küçənin, meydanın gözəlliyinə xələl gəlir.

Mən şəhərimizin bəzi yerlərində rastlaşdığımız xırda, lakin mahiyyətcə çox böyük əhəmiyyət kəsb edən qüsurların nümunə üçün ikicə ünvanını misal gətirmək istəyirəm.

İllərdən bəri təmirə ehtiyacı olan Bakının Yasamal rayonunun Mirəli Seyidov küçəsi son zamanlar əsaslı təmir edilmiş, qaydaya salınmışdır. Yollara, səkilərə asfalt salındıqdan sonra başqa bir briqada gəlib səkiləri qazmağa başladı. Sən demə buraya sonralar piyadalar üçün bəlaya çevrilən  küçə işıqları üçün dəmir dirəklər basdırırlarmış. Qəribədir, “energetiklər” həmin dirəklərin bəzisini çox da enli olmayan səkinin düz tən ortasında basdırmışlar. Yaşlı piyadalar, fikirli gedənlər axşamlar avtomaşınların işıqlarına qərq olunan həmin dirəklərə çırpılırlar, zədə alırlar.

 

Həmin küçənin Zülalov küçəsi ilə kəsişdiyi yerdə isə daha dözülməz vəziyyət yaranmışdır. Səkinin Zülalov küçəsi başlayan hissəsində isə düz ortada piyada keçidini və avtomobil saxlamağın qadağan olduğunu göstərən işarələrin bərkidildiyi dirəklər basdırılmışdır. Hər gün həmin dirəklərə neçə-neçə piyada çırpılır, əzilir. Bakı Şəhər Nəqliyyat Agentliyi bu vəziyyəti aradan qaldırmaq üçün təcili tədbirlər görməlidir.

Misal gətirəcəyimiz ikinci ünvan isə Mətbuat prospektindəki 31, 33 və 35 saylı binalardır. Bu evlərin 200-dən çox mənzillərinin 1000-ə yaxın sakinləri binalarında köhnə liftlərin yeniləri ilə dəyişdiriləcəyi xəbərini sevinclə qarşılasalar da, sonradan çox ciddi əziyyətlərə düçar oldular. “Baklift”in nümayəndələri işin cəmi bir aya başa çatacağını bildirdilər. Sakinlər dedilər ki, bir ay dözərlər, təki köhnə liftlər təzələri ilə əvəz edilsin. Ustalar  canla-başla söküntü işlərinə başladılar. Köhnə liftin dəmir-dümürünü, motorxanasındakı avadanlığı söküb qoydular həyətə. Axşamlar yük maşınları gəlib həmin metalları, dəmirləri yığıb apardılar. Daş-kəsək isə bloklarda, mərtəbələrdə yığılıb qaldı.

Ustalar təzə liftləri quraşdırıb çıxıb getdilər. Dedilər ki, bundan sonra şaxtanın uçurulub-dağılan hissəsini başqaları hörüb-sıvamalıdırlar. Onlar işlərini bitirdikdən sonra elektriklər işə başlamalıdırlar. Lakin bu işlər iki aya yaxın müddətdir ki, yatıb qalıb. Sakinlər isə əziyyət içindədirlər, yaşlı, xəstə adamlar isti havada piyada düşüb çıxa bilmirlər.

Özünü iş icraçısı kimi qələmə verənə iradımızı bildirəndə fəhlə tapa bilmədiyini deyir. Bakı Lift İdarəsindən isə deyirlər ki, işi biz görmürük, başqa təşkilat aparır. Çox qəribədir, başqa təşkilat lift idarəsi ilə müqavilə bağlamadan onun obyektinə necə girə bilər və iş görər. Bunu əlaqədar yuxarı təşkilatlar araşdırmalı və sakinləri vəziyyətdən qurtarmaq üçün təcili tədbirlər görməlidirlər.




Redaktorun seçimi

Solovyova “Geriyə dön!” əmri verildi
  • Daxili siyasət
  • 10:33 29.03.2024
Solovyova “Geriyə dön!” əmri verildi
Maskalar yırtılır, paktlar üzə çıxır
  • Daxili siyasət
  • 09:47 28.03.2024
Maskalar yırtılır, paktlar üzə çıxır
Rasmussen Ermənistana yağlı vədlər verir
  • Daxili siyasət
  • 09:44 28.03.2024
Rasmussen Ermənistana yağlı vədlər verir
Putinin seçki qələbəsi
  • Daxili siyasət
  • 10:05 19.03.2024
Putinin seçki qələbəsi

Ənvər Məşədiyev