USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

AQSİA əməkdaşlığını genişləndirir


  • Sosial
  •  20:37 06.07.2021
  •  292
https://img.baki-baku.az/news/2021/07/photo_4307.jpg

Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyanın nümayəndələri Şəki, Zaqatala, Balakən rayonlarına səfər edib, sahibkar xanımlarla görüşlər keçiriblər.  Bu barədə məlumat "Baki-Baku.az"a AQSİA-dan daxil olub.

Məlumatda bildirilib ki, İsveçrə Əməkdaşlıq təşkilatının AQSİA ilə birgə başlatdığı "Sənətkarlıq İncisi -  Təkəlduz irsimiz" layihəsi çərçivəsində Şəkidə baş tutan görüşdən sonra  Assosiasiyanın İcraçı katibi Mətanət Ağamirli və İdarə Heyətinin üzvü Afət Həsənova Balakən rayonu Qaysa kəndinin sahibkar qadınları ilə bir araya gəliblər.  RİH başçısının müavini Mehbarə Əliyevanın  təklifi və vasitəçiliyi ilə düzənlənən görüşdə kənd sahibkar xanımlarla fikir mübadiləsi aparılıb.

Balakəndə əsasən xanımların quşçuluqla, mürəbbə-cem istehsalı ilə, şirniyyat sexlərində çalışmaqla məşğul olduğu bildirilib. AQSİA-nın gələcəkdə  bölgələrin sahibkar xanımları ilə  planlaşdırdığı görüş və layihələrin faydalı olacağı ilə bağlı fikirlər də səsləndirilib.  Analoji tədbir Zaqatalada da keçirilib. Görüşlərdə iştirak edən sahibkar xanımlar AQSİA haqqında məlumatlandırılıb və rayonda qadın sahibkarlığının inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 

Sahibkar xanımlar AQSİA ilə əməkdaşlıqda maraqlı olduqlarını, inkişafa, dəstəyə ehtiyac hiss etdiklərini bildiriblər. Və  bu platformada uğurlu fəaliyyətə ümid etdiklərini,  bu kimi görüş və müzakirələrin inkişaf üçün əhəmiyyətli olduğunu vurğulayıblar.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Sosial