USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Yol polisi AVRO-2020-nin sabah Bakıda keçiriləcək oyunu ilə bağlı hərəkət iştirakçılarına müraciət edib


  • Sosial
  •  14:37 02.07.2021
  •  293
https://img.baki-baku.az/news/2021/07/photo_4265.jpg

Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi AVRO 2020 çərçivəsində sabah Bakıda keçiriləcək futbol qarşılaşması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.

Bu barədə APA-ya İdarənin baş inspektoru, mayor Araz Əsgərli bildirib. Müraciətdə qeyd olunub ki, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədilə Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından, Xəlil Rza Ulutürk küçəsi, Böyük Şor bulvarı, Atlerlər kəndi istiqamətində, Heydər Əliyev prospekti ilə hərəkət edən sürücülər isə 1 saylı "Asan Xidmət"in yanından Xəlil Rza Ulutürk küçəsi, Atletlər kəndi ətrafı, Böyük Şor Bulvarı istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə almalıdırlar:

"Həmin əraziyə təşkilat komitəsi tərəfindən fərqlənmə nişanları ilə təchiz olunmuş nəqliyyat vasitələri daxil ola bilər. Sürücülərdən xahiş edirik ki, futbolun keçiriləcəyi gün ərzində ictimai nəqliyyatdan istifadə etsinlər, şəxsi minik nəqliyyat vasitələrində istifadəni məhdudlaşdırsınlar. Bir daha vətəndaşlardan pandemiya ilə əlaqədar olaraq nəzərdə tutulmuş qaydalara riayət etməyi xahiş edirik. Əlavə olaraq qeyd etmək istəyirik ki, futbolu izləmək istəyən vətəndaşlarımız metronun Qara Qarayev stansiyasının, eləcə də Səməd Vurğun bağının yanından xüsusi ekspress nəqliyyat vasitələri ilə təmin olunacaq".




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Sosial