USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Vahid əmək münasibətləri platforması istifadəyə veriləcək


  • Sosial
  •  16:20 06.05.2021
  •  250
https://img.baki-baku.az/news/2021/05/photo_3760.jpg

Yaxın günlərdə Azərbaycanın insan resursları əməliyyatlarının tamamilə elektron müstəviyə keçidini təmin edəcək “Əmək münasibətləri və məşğulluq altsistemi” (ƏMAS) adlı vahid əmək münasibətləri platforması istifadəyə veriləcək.

“APA-Economics” xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli “Caspian Energy Club”un təşkil etdiyi “Online B2G Forum”da çıxış edərkən deyib.

Onun sözlərinə görə, hazırda ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi də yaradılır. E-əmək birjası və yarmarkası, ictimai işlər portalı (works.gov.az) və onlayn tədris platforması üzrə işlərə başlanılıb.

Agentliyinin İdarə Heyətinin sədri bildirib ki, artıq ölkə üzrə bütün vakansiyalar “Məşğulluq” altsistemində toplanır. İşəgötürənlərin hesabatları kağız üzərində təqdim etməsi praktikası ləğv edilərək, bu proses elektron müstəviyə keçirilib.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Sosial