USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Leyla Əliyevanın adından Moskvada iftar verilib


  • Sosial
  •  11:59 04.05.2021
  •  244
https://img.baki-baku.az/news/2021/05/photo_3728.jpg

Rusiyanın paytaxtı Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən iftar verilib. 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, iftar süfrəsi Moskva Müsəlmanları Ruhani İdarəsinin təşkilatçılığı, Rusiya Müsəlmanları Ruhani İdarəsi və Moskva hökumətinin dəstəyi ilə "Poklannaya qora"dakı “Ramazan çadırı”nda keçirilən "Azərbaycan axşamı" çərçivəsində baş tutub.

Tədbirdə çıxış edən Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Zaur Paşayev tədbir iştirakçılarına səfir Polad Bülbüloğlunun salamlarını çatdırıb. Diplomat iftarın təşkilinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya, Ramazan çadırının qurulmasına görə Moskva hökuməti və Moskva Müsəlmanlarının Ruhani İdarəsinə təşəkkürünü bildirib.

Moskva müsəlmanları məktəbinin direktoru Ənəs Məmmədov "Ramazan çadırı"nın Rusiya Müftiləri Şurasının Moskvada yaşayan və İslam dininə ibadət edən çoxsaylı xalqların nümayəndələrini birləşdirən və onlar arasındakı dostluğu möhkəmləndirmək məqsədi ilə həyata keçirilən vacib layihə olduğunu söyləyib: "Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyi hər il bu layihədə fəal iştirak edir, inanclı insanlar üçün iftar süfrəsi açır. Ötən il Azərbaycan xalqı üçün çox vacib bir il oldu. Biz işğal altındakı torpaqları azad etdik. Allah bizim dualarımızı qəbul etdi".

"Ramazan çadırı”nın təşkilatçıları tədbirə təşkilati, yaradıcı və mənəvi dəstək verdiyinə görə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya təşəkkür məktubu ünvanlayıblar.

İftara qədər Azərbaycandan olan din xadimi müqəddəs Qurandan surələr oxuyub, dualar edib. Daha sonra Moskva müsəlmanları iftar açıblar. Onlara Azərbaycan mətbəxinin milli nümunələri təqdim olunub.

Tədbirdə Azərbaycanda multikulturalizmdən bəhs edən film də nümayiş olunub.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi artıq 15 ildir ki, Moskvada təşkil olunan "Ramazan çadırı" layihəsində iştirak edir.




Redaktorun seçimi

Yenə də “motal” əl çəkmir...
  • Daxili siyasət
  • 11:20 20.04.2024
Yenə də “motal” əl çəkmir...
Lavrovun anti-Ermənistan demarşları
  • Daxili siyasət
  • 09:57 20.04.2024
Lavrovun anti-Ermənistan demarşları
Təxribatlar bumeranqa çevrilir
  • Siyasi təhlil
  • 09:45 20.04.2024
Təxribatlar bumeranqa çevrilir
Azərbaycanın zəfər marafonu davam edir
  • Daxili siyasət
  • 09:42 20.04.2024
Azərbaycanın zəfər marafonu davam edir
Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”

Sosial