USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

SDU-nun tələbələri “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində təşkil olunmuş Mühəndis kurslarına cəlb olunublar


  • Sosial
  •  13:14 29.08.2020
  •  336
https://img.baki-baku.az/news/2020/08/photo_347.png

Ölkə iqtisadiyyatının, onun sosial həyatının istər ötən əsrin 70-80-ci illərindəki, istərsə də müstəqillik dövründəki dinamik inkişafı bir çox mühüm amillərlə yanaşı, elektrik enerjisi sisteminə də sirayət edir. Elektrik energetikasında sürətli inkişafı təmin etmək məqsədilə hələ 1970-80-ci illərdə təxirəsalınmaz tədbirlər həyata keçirildi, bir sıra irimiqyaslı layihələr reallaşdırıldı. Məhz həmin illərdə Heydər Əliyev respublikanın elektrik enerjisinə olan tələbatını yerli imkanlar hesabına ödəməyi qarşıya məqsəd qoyaraq bu istiqamətdə gərgin fəaliyyət göstərdi. Demək olar ki, Azərbaycanda enerji təhlükəsizliyi sisteminin təməli həmin illərdə qoyuldu. Bütün bu işləri görməklə ulu öndər Heydər Əliyev Azərbaycanın bu gününü əvvəlcədən görürdü və hesab edirdi ki, vaxt gələcək, bu işlər müstəqil Azərbaycan dövlətinə və xalqına xidmət edəcək. Həmin dövrdə bir-birinin ardınca yeni elektrik stansiyalarının, yüksəkgərginlikli elektrik verilişi xətlərinin və yarımstansiyaların inşa edilib istifadəyə verilməsi respublikanın sənaye potensialının artırılmasında mühüm addım oldu. Elektroenergetikanın inkişafı sahəsində Heydər Əliyev ideyalarını uğurla davam etdirən, onun siyasi kursunun layiqli davamçısı Prezident cənab İlham Əliyevin diqqət və qayğısı da elektroenergetika sahəsindən yan keçmədi, üstəlik bir qədər də canlandı. Elektroenergetika bu gün Prezident cənab İlham Əliyev tərəfindən müxtəlif vaxtlarda təsdiq olunmuş Dövlət Proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır. Bu sahədə görülmüş işlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Davos Ümumdünya İqtisadi Forumunun hesabatında Azərbaycan elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdədir. Ölkəmizi belə bir səviyyəyə yüksəldən davamlı islahatlar kursunun real nəticələridir. Azərbaycanın müasir inkişafının təməlində dayanan enerji sektoru da bu sahədə aparılan islahatlarla ölkənin daha rəqabətqabiliyyətli göstəriciləri üçün əsaslı zəmin formalaşdırır.

Son illər milli ali təhsil sisteminin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər, dünya ali təhsil məkanında baş verən dəyişikliklər, universitetlərin cəmiyyət həyatındakı missiyasının köklü şəkildə yenilənməsi universitetlərdə müasir idarəetmə metodlarının tətbiqini zərurətə çevirmişdir. İşəgötürənlərin gələcək mütəxəssislərə irəli sürdüyü müasir tələblər energetika ixtisasları üzrə peşə hazırlığının məqsədini, məzmununu və funksiyalarının ciddi şəkildə dəyişilməsini diktə edir. Hal-hazırda mühəndis hazırlığının böyük problemi tələbələrin ali məktəbdə aldıqları nəzəri bilikləri ilə işəgötürənlərin və əmək bazarının onlardan gözlədikləri praktiki vərdişlər arasındakı fərqlilikdir. Bu problemin həlli istiqamətlərindən biri kimi Avropa ölkələrində geniş tətbiq olunan kadrların dual sistem üzrə hazırlanmasıdır. Peşə hazırlığının dual sisteminin baş konsepsiyası mütəxəssis hazırlığı zamanı tədris və istehsalat proseslərinin sintezi ilə praktiki yönümlü olmasının gücləndirilməsinə əsaslanır, bu isə ali məktəblərin məzunlarının peşə mobilliyinin imkanını artırır. Sumqayıt Dövlət Universitetində energetika sahəsində kadr hazırlığında tədricən dual təhsilə keçmək məqsədi ilə

2017-ci il tarixində tədris prosesinin inkişaf etmiş Avropa ölkələrinin qabaqcıl tədris texnologiyası olan dual tədris prinsipinə əsaslanması nəzərə alınaraq “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalanmışdır. Müqavilə çərçivəsində Tədris və İnnovasiyalar Mərkəzində “Elektromexanika” kafedrasının filialı açılmışdır. Kafedranın filialının açılmasında məqsədlərdən biri bəzi fənlərin dual sistem üzrə tədris olunması idi. 2018/2019-cu tədris ilində “Elektrik və elektron aparatları” və “Kommutasiya qurğuları və aparatları” fənlərinin mühazirə dərsləri Sumqayıt Dövlət Universitetində, labora-toriya dərsləri isə Tədris və İnnovasiyalar Mərkəzinin bazasında keçirilmişdir.

2019-cu ildə Sumqayıt Dövlət Universiteti və “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin birgə təşkilatçılığı ilə bir neçə xarici ölkə alimlərinin də iştirakı ilə “Energetika ixtisasları üzrə kadr hazırlığının aktual məsələləri” mövzusunda Respublika Elmi Konfransı keçirilmiş və konfransında “Dual təhsil” mövzusunda dəyirmi masa təşkil edilmişdir. Dəyirmi masa iştirakçıları Atırau Dövlət Neft və Qaz Universitetində və “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində təşkil edilmiş dual təsil sistemi ilə tanış olmuşlar. Fikir mübadiləri nəticəsində universitet məzunları ilə yanaşı, tələbələrin də “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzində təşkil olunmuş Mühəndis kurslarına cəlb olunmaları məqsədəuyğun hesab olunmuşdur. Artıq 2020-ci ilin avqust ayında təklif həyata keçirilmişdir. Aparılmış online müsahibə nəticəsində Sumqayıt Dövlət Universitetinin 16 məzunu ilə yanaşı, 11 tələbəsi də dual təhsil sistemi üzrə keçiriləcək 4 aylıq təqaüdlü Mühəndis kurslarında iştirak etmək hüququ əldə etmişlər. Kursları müvəffəqiyyətlə başa çatdırmış müdavimlər “Azərişıq” ASC-nin Kadr Ehtiyat Bankına qeyd olunaraq, gələcəkdə işlə təmin olunacaqlar.

Ümumiyyətlə, yüksək intellektli, dərin savadlı, geniş dünyagörüşlü, güclü şəxsiyyət və əsl vətənpərvər mütəxəssislər yetişdirmək Sumqayıt Dövlət Universitetinin əsas hədəfidir.




Redaktorun seçimi

Saxta və gurultulu alqışlar
  • Daxili siyasət
  • 10:39 16.09.2024
Saxta və gurultulu alqışlar
Okampo həqiqət və ədalət hissini itirib
  • Daxili siyasət
  • 10:26 16.09.2024
Okampo həqiqət və ədalət hissini itirib
“102” üçün həyəcan təbili
  • Daxili siyasət
  • 11:41 14.09.2024
“102” üçün həyəcan təbili
Almaniyada “miqrant ovu”
  • Dünya
  • 11:14 13.09.2024
Almaniyada “miqrant ovu”
Sülhün kürəyinə sancılan xəncər
  • Daxili siyasət
  • 10:11 13.09.2024
Sülhün kürəyinə sancılan xəncər
Rusiya, İran və Zəngəzur dəhlizi
  • Daxili siyasət
  • 09:59 13.09.2024
Rusiya, İran və Zəngəzur dəhlizi

Sosial