USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sürüşən Badamdar yolunun "ayağına çarə axtarılır"


  • Sosial
  •  11:49 01.04.2021
  •  302
https://img.baki-baku.az/news/2021/04/photo_3372.jpg

Səbail rayonunun Badamdar sürüşmə sahəsində bu günə olan son vəziyyət açıqlanıb.

APA-nın xəbərinə görə, aparılan işlər barədə məlumat verən Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyin "Azərinşaat" layihə institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev bildirib ki, ərazidə geniş tədqiqat və layihələndirmə işlərinə yapon mütəxəssisləri ilə birlikdə 2018-ci ildən başlanılıb: “Bu müddət ərzində sahədə sürüşmə bir neçə dəfə təkrar olduğundan layihədə daim müvafiq dəyişikliklər edilib. Layihədə yamacın dayanıqlığını təmin etmək üçün ilkin mərhələdə yamacın üst hissəsində 11 fərdi yaşayış evinin arxasında məhəllədaxili yolun kənarında 3 ədəd, eni 3.5 metr, dərinliyi 30 metr olan drenaj quyularının qazılması və hər quyuda 21 ədəd olmaqla diametri 40 mm, uzunluğu 50 metr olan yelpikvari 2 səviyyədə horizontal suqəbuledicilərin qurulması nəzərdə tutulub".

O qeyd edib ki, layihədə ikinci mərhələdə evlərin qarşısında, həyətlərdən sonra yuxarı hissədən başlayaraq yamacda dəmir-beton terrasların yaradılması planlaşdırılıb: "Üçüncü mərhələdə Badamdar – 20-ci sahə avtomobil yolunun sağ tərəfində (yamacın aşağı hissəsində) dəmir-beton svaylar üzrə monolit istinad divarının inşa ediləcək və yolun bərpası aparılacaq”.




Redaktorun seçimi

Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi

Sosial