USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Naxçıvan əhalisinin sayı açıqlanıb


  • Sosial
  •  11:04 04.03.2021
  •  247
https://img.baki-baku.az/news/2021/03/photo_3107.jpg

Naxçıvan Muxtar Respublikasında 1 yanvar 2021-ci il tarixə əhalinin sayı 2010-cu ilin sonu ilə müqayisədə 51,4 min nəfər artaraq 461,5 min nəfər olub. 

APA-nın xəbərinə görə, MR-in ümumi əhalisinin 95,1 min nəfəri Naxçıvan şəhərində, 117,9 min nəfəri Şərur, 76,5 min nəfəri Babək, 50,3 min nəfəri Ordubad, 47,3 min nəfəri Culfa, 33 min nəfəri Kəngərli, 25,3 min nəfəri Şahbuz, 16,1 min nəfəri isə Sədərək rayonlarında qeydə alınıb.

Əhalinin 230,5 min nəfərini kişilər, 231 min nəfərini isə qadınlar təşkil edib. Əhalinin 35,4 faizi şəhər, 64,6 faizi isə kənd yerlərində yaşayır.

Muxtar respublikada bir kvadratkilometrə düşən əhalinin sayı 84 nəfər olmuşdur ki, bu da 2010-cu ilin sonu ilə müqayisədə 9 nəfər çoxdur. Əhalinin ən sıx məskunlaşdığı yer Naxçıvan şəhəridir. Burada bir kvadratkilometrə 496 nəfər düşür.




Redaktorun seçimi

İrəvana son şans
  • Siyasi təhlil
  • 09:24 26.04.2024
İrəvana son şans
Uğur formulu: dürüstlük və səmimiyyət
  • Siyasi təhlil
  • 09:56 25.04.2024
Uğur formulu: dürüstlük və səmimiyyət
Anti-paşinyançıların anti-erməni bəhanəsi
  • Siyasi təhlil
  • 09:54 25.04.2024
Anti-paşinyançıların anti-erməni bəhanəsi

Sosial