USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Bakı Tekstil Fabriki MMC ilə Türkiyənin Uluslararası Yatırım ve İş Konfederasyonu arasında sənəd imzalanıb


  • Sosial
  •  22:41 20.02.2021
  •  632
https://img.baki-baku.az/news/2021/02/photo_2944.jpg

Fevralın 18-də Ankarada Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovun və Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktayın rəhbərliyi ilə Türkiyə-Azərbaycan Biznes Forumu keçirilib. Forumda iki qardaş ölkənin hökumət nümayəndələri, iş adamları, şirkət rəhbərləri, biznes və ticarət sahələrini təmsil edən tanınmış şəxslər iştirak ediblər.

İkitərəfli müzakirə və görüşlərdən sonra  hökumət üzvləri və iş adamları arasında əməkdaşlığa dair 11 sənəd imzalanıb.

Biznes forum çərçivəsində Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri, Bakı Tekstil Fabriki MMC-nin direktoru Səkinə Babayeva Türkiyənin  Uluslararası Yatırım ve İş Konfederasyonu ilə  birgə sənəd imzalayıblar. İmzalanan memorandum iki təşkilat arasında atılan ilk əməkdaşlıq addımıdır. Sözügedən əməkdaşlıq çərçivəsində gələcəkdə hər iki ölkənin biznes qurumları  iqtisadi əlaqələrin inkişafında rol oynayacaqlar.  Səkinə Babayeva, həmçinin Bakı Tekstil Fabriki MMC-nin rəhbəri kimi Türkiyədə fəaliyyət göstərən Bakü Örme Kumaş Sanaye Ve Ticaret LTD ilə əməkdaşlıq müqaviləsi imzalayıb.




Redaktorun seçimi

Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü
Yalanın ayağına taxılan erməni protezi
  • Daxili siyasət
  • 11:15 18.04.2024
Yalanın ayağına taxılan erməni protezi
Paris hansı irslə bizə dərs keçmək istəyir?
  • Daxili siyasət
  • 11:04 18.04.2024
Paris hansı irslə bizə dərs keçmək istəyir?
Uzaq Kanada Qafqazda nə axtarır?
  • Daxili siyasət
  • 11:19 17.04.2024
Uzaq Kanada Qafqazda nə axtarır?
Paşinyan və uydurma “erməni soyqırımı”
  • Daxili siyasət
  • 11:04 17.04.2024
Paşinyan və uydurma “erməni soyqırımı”

Sosial