USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var


  • Sosial
  •  11:56 26.01.2021
  •  265
https://img.baki-baku.az/news/2021/01/photo_2577.jpg

Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalanların olduğu ehtimalı var.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş verən ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.  

Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin sektor müdiri Ehtiram Xəlilov APA-ya açıqlamasında bildirib ki, hadisə yerinə 228 nəfər xüsusi tipli xilasetmə xidmətinin şəxsi heyəti, 19 texnika, 4 xüsusi təlim görmüş it cəlb olunub: “Dövlət Yanğından Mühafizə Xidmətinin isə 20 nəfər şəxsi heyəti dağıntı baş ərazidə xidmətini davam etdiriir”.

Sektor müdiri qeyd edib ki, dağıntılar altında qalanların olduğu ehtimal olunduğundan axtarışlar davam etdiriləcək”.




Redaktorun seçimi

Sübhaninin İrəvan sərsəmləməsi
  • Daxili siyasət
  • 13:00 19.04.2024
Sübhaninin İrəvan sərsəmləməsi
“Alagözlüm, səndən ayrı gecələr...”
  • Mədəniyyət
  • 12:21 19.04.2024
“Alagözlüm, səndən ayrı gecələr...”
Ləzgi çörəyinin ətri...
  • Sosial
  • 12:19 19.04.2024
Ləzgi çörəyinin ətri...
Milli neft strategiyasının növbəti uğuru
  • İqtisadiyyat
  • 12:15 18.04.2024
Milli neft strategiyasının növbəti uğuru
Makronun “maska”sı düşdü
  • Daxili siyasət
  • 12:04 18.04.2024
Makronun “maska”sı düşdü

Sosial