USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Sahil Babayevin anasının əlilliyi saxta deyilmiş - ƏƏSMN-dan dedi-qodulara reaksiya


  • Sosial
  •  14:55 11.01.2021
  •  286
https://img.baki-baku.az/news/2021/01/photo_2397.jpg

“Sosial şəbəkələrin verdiyi imkanlardan öz məkrli xislətinə uyğun istifadə edən, xaricdə oturub ölkəmizə qarşı böhtan və qarayaxma kampaniyası aparanlar “fəaliyyətlərini” davam etdirirlər. Əmək və əhalinin sosial müdafiəsi nazirinin anası Nailə Babayevanın əlilliyinin guya əsassız olması barədə həqiqətdən və həm də ləyaqət hissindən uzaq paylaşımlar da bunun davamıdır”.

APA-nın xəbərinə görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri Fazil Talıblı bildirib.

O qeyd edib ki, N.Babayeva 25 ildir ağır şəkərli diabet - insulin xəstəsi olmaqla həmçinin ürəyin xroniki işemik xəstəliyindən əziyyət çəkir: “Ötən dövrdə dəfələrlə ağır ürək əməliyyatları keçirib, ürəyinə 6 stend qoyulub, sonradan ürəyində aorta koronar şuntlama əməliyyatı keçirilib. Belə olan halda 2005-ci ildə ona təyin olunan əlilliyin guya 2016-cı ildə təyin edildiyi və əsassız olması barədə məqsədli dezinformasiya yaymaq ləyaqət hissindən uzaqdır. Rüşvətxorluğa və saxtakarlığa görə Nazirlikdən uzaqlaşdırılan şəxslərin təşkilatçılığı ilə bu kimi yalan, böhtan tipli məlumatları yayanlar öz ailələrinin içində saxtakar axtarışına çıxsalar, cəmiyyətə daha faydalı olarlar. Çünki onda əsl saxtakarın kim olduğunu biləcəklər”.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Sosial