USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqları İZAH

  • Sosial
  •  18:30 19.08.2020
  •  337
https://img.baki-baku.az/news/2020/08/photo_210.jpg

COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə cari ilin iyul, avqust və sentyabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək.

Trend-in məlumatına görə, bununla bağlı “Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilib.

İcbari Tibbi Sığorta Agentliyindən Trend-ə bildirilib ki, qüvvədə olan qərara əsasən, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

  • tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində;
  • təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində;
  • pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində.

Qeyd edək ki, dövlət tibb müəssisələri COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə çalışan tibb işçilərinin siyahılarını İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikdən sonra Agentlik tərəfindən iyul ayı üzrə əməkhaqlarına müddətli əlavənin ödənilməsinə başlanılacaq.

Məlumat üçün bildirək ki, sözügedən Qərara uyğun olaraq Agentlik tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb və qeyri-tibb işçilərinə 2020-ci ilin mart, aprel, may və iyun ayları üzrə iş vaxtına mütənasib olaraq ümumilikdə 58.3 milyon manat məbləğində müddətli əlavə ödənilib. Belə ki, mart ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 24 388 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 11.7 milyon manat, aprel ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 13 245 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.1 milyon manat, may ayı üzrə infeksiya ilə mübarizə tədbirlərində iştirak edən 11 638 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 14.3 milyon manat, iyun ayı üzrə isə 14 767 nəfər tibb və qeyri-tibb işçisinə iş vaxtına mütənasib olaraq 18.2 milyon manat müddətli əlavələr ödənilib.

na müddətli əlavə cari ilin iyul, avqust və sentyabr ayları üzrə də iş vaxtına mütənasib olaraq ödəniləcək.

Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial