USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsinə başlanılıb


  • Sosial
  •  18:16 19.08.2020
  •  324
https://img.baki-baku.az/news/2020/08/photo_206.jpg

Azərbaycan Respublikası Prezidentinin tapşırığına və Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən pandemiyadan zərərçəkmiş sahələrdə çalışan vergiödəyicilərinin muzdlu işçilərinə ikinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait köçürülməsinə başlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, maliyyə dəstəyi pandemiyadan zərərçəkmiş sahələrdə çalışan, birinci maliyyə dəstəyi proqramı çərçivəsində vəsait almış və dövlətimizin başçısının çağırışına cavab olaraq, işçi saylarında ciddi azalmalara yol verməmiş vergiödəyicilərinə iyulun 1-nə olan işçi sayı əsas götürülməklə bir aylıq əməkhaqqı fondu həcmində göstərilir, avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. Məlumat verildiyi kimi, maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində vergiödəyicilərinin yenidən müraciət etmələrinə ehtiyac yoxdur.

Avqustun 19-na 2-ci mərhələ çərçivəsində 228 min 175 muzdlu işçini əhatə edən 22 min 603 vergiödəyicisinin bank hesablarına ilkin olaraq 50,38 milyon manat köçürülüb.

Maliyyə dəstəyi proqramının ikinci mərhələsində ödənişlə əhatə olunmuş muzdlu işçilərin sayı birinci mərhələdə vəsait almış muzdlu işçilərin sayından 12 min 177 nəfər çoxdur ki, bu da şəffaflaşdırma nəticəsində əmək müqavilələri bağlamış işçi saylarının artması ilə əlaqədardır.

Bununla yanaşı, aprel-iyun ayları ərzində işçilərinin hamısını (1666 nəfər) ixtisar etmiş 553 vergiödəyicisinə və işçilərinin sayında ciddi azalmalara yol vermiş 374 vergiödəyicisinə maliyyə dəstəyi göstərilməsindən imtina edilib. İndiyədək maliyyə dəstəyi proqramları çərçivəsində 107 min 191 fərdi (mikro) sahibkara 76 milyon manat məbləğində birdəfəlik maliyyə dəstəyi göstərilib.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial