USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları BBMM-də olublar


  • Sosial
  •  18:34 30.09.2024
  •  10
https://img.baki-baku.az/news/2024/09/photo_14908.jpg

“Sülhün, dialoqun və tolerantlığın qorunmasında mədəni irsin rolu” adlı XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində (BBMM) olublar.

İştirakçılar Mərkəzin Himayəçilik Şurasının sədri akademik Kamal Abdulla və icraçı direktoru Rəvan Həsənovla görüşüblər.

Kamal Abdulla məktəb iştirakçılarına Azərbaycan multikulturalizminin örnək modelindən, ölkəmizdəki multikultural ənənələrdən və dövlətin bu istiqamətdə həyata keçirdiyi siyasətdən danışıb. O, Mərkəzin yaranma səbəbləri və ötən 10 ildəki fəaliyyəti haqqında məlumat verərək bildirib ki, Multikulturalizm Mərkəzi yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı Yay və Qış məktəbləri təşkil edir. Artıq ənənəyə çevrilən, mütəmadi olaraq ildə iki dəfə təşkil edilən Beynəlxalq Multikulturalizm Yay və Qış məktəblərinin iştirakçıları hər dəfə bu tədbirlərdən öz ölkələrinə zəngin təəssüratlarla qayıdırlar. O, əmin olduğunu bildirib ki, XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçıları da Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlar.

Görüş iştirakçıları Yay Məktəbi çərçivəsində əldə etdikləri bilik və məlumatları, şahidi olduqları hadisələri, yaşadıqları duyğuları bölüşüblər.

Sonra XV Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, XV Beynəlxalq Multikulturalizm Məktəbində 21 ölkədən - Azərbaycan, Rusiya, Türkiyə, Çin, Serbiya, Yaponiya, Qazaxıstan, Rumıniya, Moldova, Özbəkistan, Hindistan, Mərakeş, Bolqarıstan, Gürcüstan, Amerika Birləşmiş Ştatları, Qırğızıstan, İraq, Pakistan, Əlcəzair, Mozambik və Konqodan olan 30-a yaxın tələbə iştirak edib.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial