USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Azərbaycan və Çinin prokurorluq orqanları əməkdaşlıq məsələlərini müzakirə ediblər


  • Sosial
  •  18:00 30.09.2024
  •  8
https://img.baki-baku.az/news/2024/09/photo_14906.jpg?v=MjAyNC0wOS0zMCAxODoxNDoxMg==

Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) Bakıda keçirilən 29-cu İllik Konfransında iştirak edən beynəlxalq təşkilat və xarici dövlətlərin nümayəndə heyətləri ilə silsilə görüşlər keçirilir.

Sentyabrın 30-da Azərbaycanın Baş prokuroru Kamran Əliyev Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini Jianming Tongun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Kamran Əliyev ölkələrimiz arasında ikitərəfli əlaqələrin tarixindən danışaraq dövlət başçılarının uzaqgörən siyasəti nəticəsində iki ölkə arasında olan münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb.

Azərbaycan Respublikasının Prokurorluğu ilə Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğu arasında əməkdaşlıq haqqında sazişlərə diqqət çəkən Kamran Əliyev Çinin prokurorluq orqanları ilə möhkəm əlaqələrin qurulduğuna nəzər salıb, təcrübə mübadiləsi və prokurorluq əməkdaşlarının ikitərəfli səfərlərinin əhəmiyyətindən bəhs edib.

Baş prokuror, həmçinin bu il iyulun 3-də Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul edildiyini və həmin sənədin ölkələrimiz arasında münasibətlərdə yeni bir başlanğıc nöqtəsi olduğunu qeyd edib.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un ölkəmizdə keçirilməsinin tarixi əhəmiyyətini vurğulayan Baş prokuror COP29 zamanı Azərbaycan Respublikası Baş Prokurorluğunun BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsi - UNODC ilə birgə noyabrın 15-də “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil etdiyini bildirərək qonaqlara dəvət məktubunu təqdim edib.

Görüşdə Çinin Ali Xalq Prokurorluğunun Baş prokurorunun birinci müavini iki ölkə arasında müvafiq qurumların əlaqələrini yüksək qiymətləndirib. Qonaq, həmçinin ölkəmizin daim vahid Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini dəstəklədiyini vurğulayaraq təşəkkürünü bildirib.

Daha sonra tərəflər iki ölkənin prokurorluqları arasında hüquqi və institusional əməkdaşlığın beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlığın zərurəti qeyd olunub.

Nümayəndə heyətinin ölkəmizə işgüzar səfəri davam edir.




Redaktorun seçimi

BMT tribunasında növbəti erməni fiaskosu
  • Daxili siyasət
  • 13:58 28.09.2024
BMT tribunasında növbəti erməni fiaskosu
Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst

Sosial