USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

DSX şəhidlərin xatirəsini silsilə tədbirlərlə qeyd edib


  • Sosial
  •  17:58 27.09.2024
  •  14
https://img.baki-baku.az/news/2024/09/photo_14871.jpg

27 Sentyabr – Anım Günü münasibətilə Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

DSX-nin rəhbər heyəti Vətən müharibəsinin 4-cü ildönümündə İkinci Fəxri xiyabanı ziyarət edərək ərazi bütövlüyümüzün bərpası, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsini dərin ehtiramla anıb, məzarları üzərinə gül dəstələri düzüb, Zəfər parkını ziyarət edib.

Tədbirlərdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi altında sarsılmaz dövlət-xalq-ordu birliyi, xalqımızın möhkəm iradəsi, hərbçilərimizin rəşadəti nəticəsində əldə olunmuş tarixi Zəfərin xüsusi önəm daşıması şəxsi heyətin diqqətinə çatdırılıb.

Müharibənin son gününə qədər hər anında daim irəli baxan, bir an belə geriyə dönməyi düşünməyən qəhrəmanların şücaətindən, fədakarlığından, xalqımızın səxavətindən, ölkə başçısının siyasi liderlik və sərkərdə məharətindən danışılıb.

Zəfəri döyüş meydanında güclü Ordusu, diplomatiya və informasiya arenasında isə ağlı və zəkası ilə əldə edən dövlət başçısının şəhidlərimizin xatirəsini əziz tutduğu, onların ailələrini, qazilərimizi daim diqqət mərkəzində saxladığı, tarixi torpaqlarımızda sürətli, dinamik və davamlı aparılan quruculuq işləri çərçivəsində məcburi köçkünlərin mərhələli şəkildə yurd-yuvalarına qaytarılması böyük qürur hissi ilə qeyd olunub.

Tədbirin sonunda “Görünməyən qəhrəmanlar” silsiləsindən film nümayiş olunub.




Redaktorun seçimi

Ermənilərin təhlükəli oyunları
  • Daxili siyasət
  • 10:15 25.09.2024
Ermənilərin təhlükəli oyunları
Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”

Sosial