USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Daşkənddə “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” mövzusunda Özbəkistan-Azərbaycan Media Forumu başa çatıb


  • Sosial
  •  18:41 24.09.2024
  •  13
https://img.baki-baku.az/news/2024/09/photo_14767.jpg

Daşkənddə təşkil olunan “Rəqəmsal əsrdə həqiqət axtarışında: dezinformasiya ilə mübarizə” Özbəkistan-Azərbaycan Media Forumunun sonuncu panel sessiyası “Kütləvi informasiya və kommunikasiyalar sahəsində Özbəkistan və Azərbaycan arasında əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub.

Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyinin təhlil və planlaşdırma idarəsinin müdiri Marat Aitovun moderatorluğu ilə keçirilən panel iclasında Özbəkistanın Milli Televiziya və Radio Şirkəti “Dunö Buylab” telekanalının direktoru Nodir Tulyaqanov çıxış edərək qeyd edib ki, ölkələrimiz arasında ikitərəfli formatda çox sıx əlaqələr mövcuddur. O, Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə həyata keçirilən layihələri də xatırladıb.

Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov media forumunun mövzusunun əhəmiyyətini qeyd edərək deyib: “Bildiyiniz kimi, minimum informasiya olan yerdə dezinformasiya geniş vüsət alır. Buna həm Azərbaycan, həm də Özbəkistan mətbuatında rast gələ bilərik. Biz gücümüzü birləşdirib bununla mübarizə aparmalıyıq”.

Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin prorektoru Nozima Murodova gənc nəslin düşünən informasiya cəmiyyətinin bir hissəsinə çevrilməsinə kömək üçün təhsil müəssisələrində tətbiq edilməli olan layihə barədə məlumat verib.

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) beynəlxalq münasibətlər şöbəsinin müdiri Nigar Hüseynova bildirib ki, Özbəkistan Respublikası Prezidentinin Administrasiyası yanında İnformasiya və Kütləvi Kommunikasiyalar Agentliyi və Medianın İnkişafı Agentliyi ölkələrimiz arasında media sahəsində münasibətlərin qurulmasında və inkişafında xüsusi rol oynayırlar. O, MEDİA-nın AzTV ilə birgə hazırladığı yeni MEDİALAB layihəsi haqqında danışıb. “Bu layihənin əsas məqsədi ictimaiyyətin dezinformasiyaya qarşı müqavimətinin gücləndirilməsi, eləcə də rəqəmsal media mühitində media savadlılığının artırılmasından ibarətdir”, - deyə N.Hüseynova qeyd edib.

Bununla da Media Forumu işini başa çatdırıb.




Redaktorun seçimi

Ədalətə inam hissini heç vaxt itirmədik
  • Daxili siyasət
  • 10:00 23.09.2024
Ədalətə inam hissini heç vaxt itirmədik
Alman deputatın yalanları bitib-tükənmir
  • Daxili siyasət
  • 13:27 21.09.2024
Alman deputatın yalanları bitib-tükənmir
“Qəhrəman” haypərəst
  • Daxili siyasət
  • 12:24 21.09.2024
“Qəhrəman” haypərəst
Nifrəti silaha çevirməyin aqibəti
  • Daxili siyasət
  • 10:36 21.09.2024
Nifrəti silaha çevirməyin aqibəti
Üçüncü fiasko
  • Daxili siyasət
  • 10:22 21.09.2024
Üçüncü fiasko
İsveçrə Parlamentində “erməni sorğusu”
  • Daxili siyasət
  • 10:04 21.09.2024
İsveçrə Parlamentində “erməni sorğusu”
Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi

Sosial