USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Ağdamdakı Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun investisiya dəyəri 8,92 milyon manatdır


  • Sosial
  •  18:51 20.09.2024
  •  10
https://img.baki-baku.az/news/2024/09/photo_14672.jpg

Ağdam Sənaye Parkında yaradılan “Rail Trans Service” Məhdud Məsuliyyətli Cəmiyyətinin avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun illik istehsal gücü 5 min ədəd rabitə və işarəvermə, 250 ədəd mikroprosessor mərkəzləşmə sistemi avadanlığı həcmindədir. İstehsal olunan mallar daxili və xarici bazar üçün nəzərdə tutulub.

Bunu Ağdamda AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun direktor müavini Əhmədiyyə Baxışov deyib.

Direktor müavini bildirib ki, “Rail Trans Service” MMC 2022-ci ilin oktyabrında Ağdam Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Ağdam Səneye Parkının 1,6 hektar ərazisində yaradılan Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun investisiya dəyəri 8,92 milyon manatdır. Burada əsasən Ağdam və ətraf rayonlardan olmaqla, 60 nəfər işlə təmin ediləcək.

“Rail Trans Service” MMC sənaye parklarında tətbiq edilmiş idxal, ƏDV və gömrük güzəştləri nəticəsində bu günə qədər 70 min manata yaxın vəsaitə qənaət edib.

Qeyd edək ki, Prezident İlham Əliyev sentyabrın 19-da Ağdam Sənaye Parkında Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışında iştirak edib.




Redaktorun seçimi

Qərb və Rusiya üçün alət tarixi
  • Daxili siyasət
  • 09:37 20.09.2024
Qərb və Rusiya üçün alət tarixi
İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”

Sosial