USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

ABŞ mediasında soydaşımızın məqaləsi nəşr olunub


  • Sosial
  •  18:38 19.09.2024
  •  11
https://img.baki-baku.az/news/2024/09/photo_14631.jpg

ABŞ-da yaşayan soydaşımız, Corc Vaşinqton Azərbaycanlı Tələbə Assosiasiyasının həmtəsisçisi Kənan Məmmədovun ABŞ-ın “SDG Bilik Mərkəzi” jurnalında (SDG Knowledge Hub) “Davamlı inkişaf naminə Azərbaycanın dövlət-özəl sektor tərəfdaşlığı” adlı məqaləsi dərc olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, məqalədə Azərbaycanın enerji səmərəliliyinin artırılması və dayanıqlı nəqliyyat sistemlərinin təkmilləşdirilməsinə yönəlmiş dövlət-özəl tərəfdaşlıqlarını təşviq etməklə mühüm addımlar atdığı qeyd olunub. Bu təşəbbüsün ölkənin iqtisadiyyatını şaxələndirmək və neft-qaz gəlirlərindən asılılığını azaltmaq üzrə geniş strategiyanın bir hissəsi olduğu vurğulanıb.

“Azərbaycan Hökuməti binalarda enerji səmərəliliyinin artırılması istiqamətində fəal iş aparır. Avropa Yenidənqurma və İnkişaf Bankı və Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq çərçivəsində ictimai binaların enerjiyə qənaət edən texnologiyalarla təchizi üçün həm texniki, həm də maliyyə yardımı alır. Azərbaycanın Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası (IFC) tərəfindən açıqlanan yeni yol xəritəsində göstərilir ki, Azərbaycan 2040-cı ilə qədər 7 qiqavatlıq dəniz külək enerjisi stansiyası qura bilər. Energetika Nazirliyi yaşayış və kommersiya binalarında bərpaolunan enerjidən istifadənin təşviqində fəallıq nümayiş etdirir. Diqqətəlayiq təşəbbüs Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq çərçivəsində Xəzər dənizinin külək enerjisi üçün yol xəritəsinin hazırlanmasıdır. Bu, bərpaolunan enerjiyə, küləkdən potensial olaraq sahildə 135 GVt-a və dənizdə 157 GVt-a qədər enerji istehsalı layihəsinə, həm yerli, həm də xarici investisiyaların cəlbi məqsədi daşıyır”, - deyə məqalədə qeyd olunub.

Müəllif məqalədə iyun ayında keçirilən Bakı Enerji Forumunda müzakirə olunan mövzulara da toxunub.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkə keçid edərək oxumaq mümkündür.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial