USD/AZN
1.7
EUR/AZN
2.008
RUB/AZN
0.0228
TRY/AZN
0.2304
Bakı:
12°C
Turan Bank

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondu arasında memorandum imzalanıb


  • Sosial
  •  15:16 18.09.2024
  •  20
https://img.baki-baku.az/news/2024/09/photo_14578.jpg

Heydər Əliyev Fondu və “Zamin” Beynəlxalq İctimai Fondunun nümayəndə heyəti arasında görüş keçirilib. Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov və “Zamin” Beynəlxalq İctimai Fondunun icraçı orqanının rəhbəri Tamilla Əliyeva birgə əməkdaşlıq və həyata keçiriləcək layihələr barədə müzakirə aparıblar.

AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Özbəkistan arasında qarşılıqlı münasibətlər, dövlət səviyyəsində yüksək səviyyəli əlaqələrə hər iki ölkənin qeyri-hökumət təşkilatı kimi Heydər Əliyev Fondu və “Zamin” Fondunun verəcəyi töhfə diqqət mərkəzində olub.

Həmçinin təhsil, səhiyyə və mədəniyyət sahəsində gələcək birgə fəaliyyət nəzərdən keçirilib, iki ölkə gənclərinin təcrübə mübadilələri, qarşılıqlı səfərləri müzakirə olunub.

Azərbaycanın bu ilin noyabr ayında ev sahibliyi edəcəyi COP29 çərçivəsində “Zamin” Fondu ilə əməkdaşlıq da diqqət mərkəzində olub.

Görüş zamanı Heydər Əliyev Fondu ilə “Zamin” Beynəlxalq İctimai Fondu arasında gələcək əməkdaşlığa dair memorandum imzalanıb.

Qeyd edək ki, “Zamin” Fondu Özbəkistanın dayanıqlı inkişafı və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə dəstək göstərilməsi, ətraf mühit sahələrində və sosial sahədə layihələr həyata keçirir.




Redaktorun seçimi

İran – Rusiya gərginliyi
  • Daxili siyasət
  • 09:43 19.09.2024
İran – Rusiya gərginliyi
Ermənistan və “boz idxalçılıq”
  • Daxili siyasət
  • 11:39 18.09.2024
Ermənistan və “boz idxalçılıq”
Tükdən asılmış Makron
  • Daxili siyasət
  • 11:23 18.09.2024
Tükdən asılmış Makron
Qərbin boğazında qalan “kal armud”
  • Daxili siyasət
  • 11:04 17.09.2024
Qərbin boğazında qalan “kal armud”
İrəvan üçün “illüziya çələngi”
  • Daxili siyasət
  • 10:42 17.09.2024
İrəvan üçün “illüziya çələngi”

Sosial